- Wikisun
Qapalı sahə (Confined space) nəyə deyilir? • İşçinin tam boy və bədən konfiqurasiyası ilə daxil ola bilməsi və orada işi icra edə bilməsi üçün kifayət qədər böyük sahə; • Giriş və çıxış üçün məhdud vasitələri olan sahəyə; • Yetərli təbii havalandırma olmayan sahə; • İnsanın uzun müddət qala bilməsı üçün nəzərdə tutalmayan sahə. Qapalı sahəyə giriş ya insanın bütün bədənin, ya da yalnız başının və çiyinlərinin Qapalı sahəyə daxil olması deməkdir. Qapalı sahəyə dair misallar • Çənlər, lyuklar, qazanxanalar, kanalizasiyalar, rezervuarlar, rezervuarın alt hissəsi, kran pyedestalları, borular, xəndəklər, tunellər, kanallar, çalalar və s... Eyni zamanda tərifə çirkləndiricilərin təhlükəli səviyyədə toplaşa bildiyi və ventilyasiyanın məhdud olduğu və aşağıdakıları əhatə edə bilən hər hansı bir sahə də daxildir: • Qazılmış çalalar (adətən 1,2 metrdən dərin) • Ağzı açıq çənlər • Bağlı və ya ventilyasiya olunmayan otaqlar • Çirkab quyuları və suburaxma boruları • Pis ventilyasiya olunan hər hansı bir digər sahə Qapalı sahə təhlükəli şərait (məs. Oksigen azlığı) və ya təhlükəli maddələr səbəbi ilə ölüm və ya ciddi zədə riski daşıyan, tam və ya bir hissəsi bağlı olan istənilən yer ola bilər. Bir yerin qapalı sahə sayılması üçün onun hər tərəfdən tamamilə bağlı olması zəruri deyil. Qapalı sahəyə dair təhlükələr • Atmosferdə oksigen çatişmazlığı • Atmosferin oksigenlə zənginləşməsi • Boğucu, alışqan və zəhərli atmosfer • Qıcıqlandırıcı atmosfer • Ekstremal temperatur • Su, qum burulğanı təhlükəsi • Alışqan maddələr • Toksik maddələr • Elektrik • Mexaniki təhlükələr • Səs-küy, vibrasiya, yaş səth, düşən əşyalar, məhdud görüntü, temperatur təhlükələri • İonlaşdırıcı radiasiya Hava tərkibində oksigenin həcminə dair təhlükələr Qapalı sahəyə daxil olduqda əsas təhlükələrdən biri havada oksigen çatışmalığıdır. Havada oksigenin tərkibi 19,5% az olduqda buna atmosferdə oksigen çatışmamazlığı deyilir. Oksigen qatlığı 23%-dən artıq olması tezalışan materiallar üçün təhlükəli hesab edilir. Qapalı sahəyə giriş • Qapalı sahəyə giriş üçün icazə (Yaşıl) • İş üçün tapşırığa dair icazə • Tapşırığa dair xüsusi riskin dəyərləndirilməsi • İmza vərəqi • Xüsusi xilasedici plan Bütün bu tələblər Qapalı sahə üzrə koordinator tərəfindən təsdiq olunmalıdır. Nəzarət olunan Qapalı sahəyə giriş prosedurları • Təhlükələrin və ya riskin qiymətləndirilməsini həyata keçirmək • Nəzarətçi (Supervayzor) təyin etmək (Sahə rəisi) • “Cavabdeh şəxs” təyin etmə (İcraçı səlahiyyətli şəxs) • Qapalı sahəyə giriş sertifikatı və ya PTW açmaq • Təhlükəsiz iş sistemlərinə riayət etmək • Ərazinin izolyasiyası (məcburi pozitiv izolyasiya) • Ərazinin ventilyasiyası • Ərazinin təmizlənməsi • Hava şəraitinin yoxlanması • Xüsusi vasitələrin və işıqlanmanın təmin olunmasını təşkil etmək • Hava şəraiti nəfəs almaq üçün yararsız olduqda nəfəs alma aparatlarını təmin etmək • Qəza vəziyyəti tədbirləri və xilasetmə avadanlığı (kəmərlər və s.) • Ərazi daxilində insanlar arasında rabitə • Həyəcan siqnalının necə işləməsini yoxlamaq Ventilyasiya Qapalı sahədə iş görülən zaman işçilər istifadə edilən oksigeni lazımi təmiz hava ilə təmin etmək və ya yaranan qazı, tüstü və ya buxarı azaltmaq üçün ventilyasiya sistemi tələb edə bilər. Ventilyasiyanın növləri Təbii ventilyasiya Süni ventilyasiya (sahə təmiz hava ilə təchiz edilir, oksigen ilə heç vaxt). Təmiz hava mənbəsi qatqsız olmalıdır. Sorucu ventilyasiya (havanın sorulması). Qapalı sahəyə daxil olan şəxslərin hər birində aşağıdakı avadanlıqlar olmalıdır Qaz yoxlama cihazı Şlanqlı respirator sistemi və ya hava-tənəffüs aparatına (SCBA) daxil olan müvafiq respiratorlar. Təhlükəsizlik kəməri İşçi heyəti üçün qaldırıcı qurğu - 5 ft (152 cm) çox olan vertikal girişlər üçün tələb olunur. Fərdi mühafizə vasitələri: Kaska, kombinezon və ya digər qoruyucu geyimlər, əlcək, kimyəvi və aerozol katriclərlə üzün yarısını tutan respiratorlar. Kommunikasiya sistemi: Radio, şifahi və s. İşıqlandırma Fövqəladə həyəcan siqnalı və ya xəbərdarlıq sistemi İşarələr və səddlər Qapalı sahədə iş icra edilən zaman orada müvafiq sədd və işərələr qoyulacaq. Qapalı sahə hansısa səbəbdən nəzarətsiz qoyulmalı olduqda insanların bütün giriş / çıxış yollarında işarələr vasitəsilə sədlər qoyulacaq, və ya işçinin qapısı bərkidilərək bağlanacaq. Təsadüfi hallar, fövqəladə hallar və xilasetmə • Qapalı sahədə təsadüfi hal baş verdikdə gözətçi xəbərdar edilməli, bütün işçilər dərhal oranı tərk etməlidir. • Fövqəladə hal baş verdikdə müvafiq və lazimi tədbirlərə hazır olmadan Qapalı sahəyə giriş və ya orada iş görmək qadağandır. • Xilasedici plana Qapalı sahə ilə əlaqədar olan təhlükələrin dəyərləndirilməsi və nəzarət tədbirləri daxildir. Gözətçi • Qapalı sahədə olanların dəqiq sayının qeydiyyatını aparmalıdır. • Əmin olmalıdır ki, nəfəs alma hava xətlərinə və ya təhlükəsizlik xətlərinə nişan qoyulub. Belə ki, qapalı sahədə çalışan hər bir kəs hər dəfə qapalı sahədə çalışan zaman onu aydın müəyən etməsə problem yaranar. • Giriş zamanı yarana bilən təhlükələr (növü, əlamətləri və ya simptomları, və hər bir partlayışın nəticələri daxil olmaqla) haqqında xəbərdar olmalıdır. • Qapalı sahəyə daxil olanlar üçün oranın təhlükəsiz olmasına əmin olmaq üçün qapalı sahənin daxilində və xaricində vəziyyətləri və işləri yoxlamalıdır. • Qapalı sahəyə səlahiyyətli işçi daxil olduqda onunla müntəzəm olaraq əlaqə saxlamalıdır. • Fövqəladə hal baş verdikdə yardım çağırmaq üçün istifadə edilən əlaqə vasitələrinin hər zaman müvcud olduğundan əmin olmalıdır. • Qapalı sahədə iş gedən zaman oraya səlahiyyətsiz şəxsin daxil olmamasın qarşısını almaq üçün lazımi tədbirlər görməlidir. • Qapalı sahədə iş dayandırılan zaman oraya səlahiyyətsiz şəxsin daxil olmasının qarşısını alan sədlər və işarələr qoyulmasına əmin olmalıdır.
https://www.hse.gov.uk/pubns/books/l101.htm
https://sso.agc.gov.sg/SL/WSHA2006-S462-2009
https://www.legislation.gov.uk/uksi/1997/1713
https://www.elegislation.gov.hk/hk/cap59AE
https://docs.cntd.ru/document/573264149
Tarix : 12 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.