- Wikisun
Peronomyrmex qarıqşası - Myrmicinae yarımfəsiləsinə aid nadir bir qarışqa cinsi. Onun üç növü Avstraliyanın şərq sahilindən məlumdur. Cəmi beş nümunə ilə, dörd yerdən toplanmış Peronomyrmex, dünyanın ən nadir qarışqa cinslərindən biridir. Peronomyrmex ilk dəfə Yeni Cənubi Uelsdən tək bir işçi əsasında Emery (1920) tərəfindən P. overbecki tip növü ilə təsvir edilmişdir. Cins, Shattuck & Hinkley (2002) mərkəzi Viktoriyadan P. bartoni təsvir edənə qədər monotipik olaraq qaldı. Shattuck (2006) şimali Kvinslenddən üçüncü bir növ olan P. greavesi təsvir etdi. P. greavesi nümunəsi əvvəlcə 1937-ci ildə toplanmışdır, lakin sonradan Müqayisəli Zoologiya Muzeyi, Kembric, Amerika Birləşmiş Ştatlarının kolleksiyalarına yerləşdirilmişdir və burada 2004-cü ildə yenidən kəşf edilənə qədər qalmışdır. Növlər - Peronomyrmex bartoni Shattuck & Hinkley, 2002 – Viktoriya - Peronomyrmex greavesi Shattuck, 2006 – Kvinslend - Peronomyrmex overbecki Viehmeyer, 1922 – Yeni Cənubi Uels və Kvinslend
https://www.antwiki.org/wiki/Peronomyrmex
https://inaturalist.lu/taxa/637618-Peronomyrmex
https://www.researchgate.net/publication/227743373_Second_species_in_the_Australian_ant_genus_Peronomyrmex_Viehmeyer_Hymenoptera_Formicidae
https://onlinelibrary.wiley.com/doi/abs/10.1046/j.1440-6055.2002.00279.x
https://www.gbif.org/species/8173369
https://collections.museumsvictoria.com.au/specimens/1003159
https://en.wikipedia.org/wiki/Peronomyrmex
Tarix : 12 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.