- Wikisun
Pelissium döyüşü - Misir fironu III Psametik və fars kralı II Kambiz arasında baş verən müharibə. Döyüşün əsas mərkəzi Nil çayının Pelusiak qolu yaxınlığında yerləşən Pelissium idi. Səbəbləri Herodotun yazılarına görə, müharibənin səbəblərindən biri Misir və Persiya arasında uzun müddətdir davam edən gərginliklər idi. Farsların Misiri fəth etmək cəhdləri artıq gözlənilən idi. Amasis fironun ölümündən sonra, onun oğlu III Psametik taxta çıxsa da, hakimiyyətə yenicə gəlmiş və təcrübəsiz bir hökmdar idi, bu da farsların hücumunu asanlaşdırdı. Farsların taktikası və qələbəsi II Kambiz, Misirə hücum etməzdən əvvəl, qələbəni təmin etmək üçün qeyri-adi və psixoloji strategiyalardan istifadə etdi. Farslar, misirlilərin müqəddəs hesab etdiyi pişiklərdən yararlandılar. Qədim Misirlilər pişikləri Bastet ilahəsinə görə müqəddəs sayırdılar. Döyüşdə fars əsgərləri bu heyvanları ön cəbhədə istifadə edərək misirlilərin müqavimətini qırdılar, çünki misirlilər heyvanlara zərər verməkdən qorxurdu. Nəticədə, Misir ordusu dağınıqlıq yaşadı və Pelissium düşmənin əlinə keçdi. Müharibə Misirin farsların nəzarətinə keçməsi ilə başa çatdı. Persiya İmperiyası Misiri işğal edərək satraplığa çevirdi. III Psametik əsir götürüldü və sonrakı hadisələrdə, Persiya hökmdarlarının Misir üzərindəki idarəçiliyi möhkəmləndi. Bu döyüş, Misirin müstəqilliyinin itirilməsində və ölkənin xarici hakimiyyətə keçməsində həlledici rol oynadı.
https://www.facebook.com/photo.php?fbid=1624752231021675&id=440761272754116&set=a.453455431484700
https://onedio.com/haber/perslerin-misirlilari-alt-etmek-icin-kedileri-kurnazca-kullandigi-pelusium-muharebesi-1180205
https://eksisozluk.com/pelesium-savasi--5005097
https://www.britannica.com/place/Pelusium
Tarix : 30 noyabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.