• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
pastilla

Pastilla

Pastilla - Mərakeşin ən məşhur yeməklərindən biri. Bəzən bu yeməyə Şimali Afrika piroqu da deyirlər. Əsasən toyuq, yaxud da dəniz məhsullarından hazırlanır. Keçmişdən gələn bu ləzzət incə bir xəmir (warkha) təbəqəsinin içinə badamlı toyuq qarışımı doldurularaq hazırlanır. İçindəki ət, zəfəran və digər ədviyyatlarla bişən bu yemək, üzərinə şəkər tozu və darçın səpilərək təqdim olunur. Mərakeş mətbəxinin zənginliyinin bir simvolu olan pastilla, adətən xüsusi mərasimlərdə və bayramlarda hazırlanır. Mərakeş Pireney yarımadası ilə intensiv ticarət və mədəni əlaqələrə sahib olduğundan, bu yeməkdəki ədviyyatlar və tərkiblər müxtəlif mədəniyyətlərin birləşməsini göstərir. Tarixi Həm islam, həm də ispan təsiri altında formalaşan bu yemək, mədəniyyətlərarası təsirləri əks etdirir. 1492-ci ildə İspaniyanın Qranadanı tutması ilə İspaniyadan qovulan ispan mənşəli məğribilər və musəvilər Mərakeşə sığındı. Bu da özlüyündə Mərakeşə yeni mədəniyyətlərin, fərqli yemək növlərinin gəlməsi ilə nəticələndi. Buna görə də bəzən Pastillanın ispan yeməyi olduğu da iddia edilir. Bu, bəlkə də yeməyin adı ilə bağlıdır. Bir çox ispan kulinarları isə bu yeməyin tarixinin Mərakeşin Fez şəhərinə gedib çıxdığını bildirir. Növləri - toyuq və badamlı - balıq və dəniz məhsulları ilə olan - südlü pastilla


İstinadlar

Tarix : 15 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.