• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
parisddeki-amerikan-kafedrali

Parisddəki Amerikan kafedralı

Parisdəki Amerikan kafedralı (Fransızca: Cathédrale Américaine de Paris) - Rəsmi adı ilə Müqəddəs Üçlük Kafedral kilsəsi, Parisdəki ən qədim ingilisdilli kilsələrdən biri. Avropadakı Episkopal Kilsələrin Konvokasiyası üçün toplanma kilsəsi olan bu kilsə, dünya üzrə Anglikan Birliyinin bir hissəsidir. Kilsə, Paris'in mərkəzində, Şanzelize və Sen çayı arasında, 8-ci bölgədə (arrondissement) 23 George V prospektində yerləşir. Ən yaxın metro stansiyaları Alma – Marceau və George V-dir. Tarix Parisdəki ingilisdilli Episkopal kilsə olan Müqəddəs Üçlük Amerikan Kafedralının kökləri 1830-cu illərə qədər uzanır. O zamanlar Amerika Episkopalları, indiki Fransa baş nazirinin rəsmi iqamətgahı olan Hôtel Matignon'un bağ pavilyonunda ibadət üçün bir araya gəlirdilər. Bu bina o dövrdə amerikalı mühacir Polkovnik Herman Thorn'un (1783–1859) evi idi. 1859-cu ildə rəsmi bir məxəz quruldu və 1864-cü ildə Rue Bayard üzərində ilk kilsə binası təqdis edildi. 1870-ci illərdə J. P. Morganın əmisi oğlu olan John B. Morgan, Müqəddəs Üçlük Məxəzinin rektoru oldu. O, icmanın daha böyük bir kilsəyə ehtiyacı olduğuna qərar verdi və uğurlu bir ianə toplama kampaniyası başlatdı. Tikinti üçün satın alınan ərazi, o zamanlar Avenue de l'Alma adlanan George V prospektində yerləşirdi və İmperator III Napaleonun ögey qardaşı Duc de Morninin mülkünün bir hissəsi idi. Planlar 1882-ci ilin oktyabrında təsdiqləndi və tikinti dörd ildən az bir müddətdə tamamlandı. Kilsə, ilk ibadət xidmətlərini 1886-cı ilin sentyabrında keçirdi. Memarlıq Hazırkı bina, ingilis memarı George Edmund Street tərəfindən Qotik Revival üslubunda dizayn edilmişdir. Street, Romadakı Amerikan Kilsəsini də dizayn etmişdir. O, "etik memarlıq" adlandırdığı bir fəlsəfəyə inanırdı: əgər bir şey mərmər sütun kimi görünürsə, o zaman həqiqətən də struktur səbəblərdən mərmərdən hazırlanmış bir sütun olmalıdır. Street, 1881-ci ilin dekabrında planların yekunlaşdırılmasından əvvəl vəfat etdi və onun oğlu Arthur E. Street, həmçinin Arthur Blomfield işi davam etdirdi. Xor və yan neflərin tonozu daşdan hazırlanmışdır, lakin əsas nefin tonozu palıd ağacındandır. Bu, yəqin ki, məhdud ərazidə görə daş tavanın ağırlığını dəstəkləmək üçün lazım olan kənar dayaqların inşa edilə bilməməsi ilə əlaqədardır. Tikinti işləri Henry Lovatt tərəfindən həyata keçirilmişdir.


İstinadlar

Tarix : 16 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.