• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
4
6
2
oyuncaq-mancester-teryeri

Oyuncaq mançester teryeri

Oyuncaq mançester teryeri - Teryer növünə aid olan it cinsi. Tarix 19-cu əsrdə əsasən siçovul ovu üçün köhnə "Black and Tan Teryeri" ilə "Whippet" növlərinin cütləşməsindəndən yaranan Mançester teryeri cinsindən törəmişdir. İngiltərədə, 19-cu əsrdə Mançester şəhərində, Mançester teryerindən fərqli olaraq "English Toy Teryeri" adlı başqa bir cins də yetişdirilmişdir. "English Toy Teryeri" Viktoriya dövründə İngiltərədə məşhur ev iti idi və çox kiçik ölçüdə yetişdirilirdi, bəzilərinin çəkisi cəmi 1 kq idi. Oyuncaq Mançester teryeri cinsi, Mançester teryerinin ölçüsünü kiçildərək yetişdirilmişdir. 1920-ci illərdə ABŞ-da bu cins "Toy Black and Tan Terrier" adlanırdı. 1930-cu illərdə adı Oyuncaq Mançester teryeri olaraq dəyişdirildi və "American Toy Manchester Terrier Club" quruldu. "Amerikan Kennel Klubu" tərəfindən 1938-ci ildə tanınan bu cins, 1950-ci illərdə azalmağa başladı və cinsin klubunun fəaliyyəti dayandırıldı. Cinsin sayının azalması səbəbindən, 1958-ci ildə "Amerikan Kennel Klubu" Oyuncaq Mançester Teryerini Mançester teryerinin bir ölçü növü kimi yenidən təyin etdi və klubun adı "American Manchester Terrier Club" olaraq dəyişdirildi. İngiltərədə isə çox oxşar olan "English Toy Terrier" (Black & Tan) cinsi də azalaraq, "Kennel Club" tərəfindən nəsli kəsilmək təhlükəsi altında olan cinslər siyahısına daxil edildi. Cinsi qurtarmaq üçün "Kennel Club", Şimali Amerikadan seçilmiş Oyuncaq Mançester teryeri nümunələrinin "English Toy Terrer" (Black & Tan) kimi qeydiyyata alınmasına icazə verdi. Lakin bu iki cins eyni hesab edilmir və onlar üçün müxtəlif standartlar tətbiq olunur. Xüsusiyyətlər Qısa tüklü, qəhvəyi işarələri olan, uzun ayaqlı, uzun quyruqlu və dik qulaqlı kiçik bir it cinsidir. Rəng və ümumi quruluş baxımından Oyuncaq Mançester teryeri, Mançester teryeri standartlarına uyğundur. Lakin Oyuncaq Mançester teryerinin çəkisi 5,4 kq-ı keçməməlidir. Bundan əlavə, böyük Mançester teryeridən fərqli olaraq, Oyuncaq Mançester teryeri üçün kəsilmiş qulaqlar uyğunsuzluq sayılır. Qulaqlar geniş və ucu iti olmalıdır. "Zəng" formasında açılan qulaqlar ciddi bir qüsur sayılır və belə itlərin yetişdirilməsi arzuolunmazdır. "Black and Tan" (qara və qəhvəyi), itlərdə genetik testlərlə müəyyən edilə bilən bir tük rəngidir. Sağlamlıq 2024-cü ildə Böyük Britaniyada aparılan bir araşdırmaya görə, bu cinsin orta ömrü 13 ildir. Safqanlı itlər üçün orta ömür 12,7 il və mələz növlər üçün isə 12 ildir. Oxşar cinslər "English Toy Terrier" (Black and Tan), Oyuncaq Mançester Teryeri ilə eyni cins hesab edilir. Lakin "English Toy Terrier" üçün arzuolunan ölçü bir qədər daha kiçikdir və daha geniş qulaqlar üstünlük təşkil edir. "Miniature Pinscher", Oyuncaq Mançester Teryerinə bənzəyən başqa bir oyuncaq it cinsidir. 2017-ci ildə aparılan genetik araşdırmalar göstərir ki, bu iki cinsin ortaq və unikal əcdadları var. Oyuncaq Mançester Teryeri və "Miniature Pinscher"-in əcdadları əsrlər əvvəl coğrafi olaraq ayrılmış və eyni xüsusiyyətlər üçün seleksiya nəticəsində oxşarlıqlarını qoruyub saxlamışdırlar. "Russian Toy", İngiltərədən idxal edilən "English Toy Terrier"-dən törəyən Rusiyaya aid başqa bir oxşar cinsdir. Onlar yalnız qara və qəhvəyi rəngdə deyil, müxtəlif rənglərdə ola bilər, bu da digər cinslərlə +qarışıq nəsilləri olduğunu göstərir.


İstinadlar

Tarix : 12 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.