• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
otterhaund-it-cinsi

Otterhaund (it cinsi)

Otterhaund - İngiltərəyə aid it cinsi. O, qoxu ilə ov axtaran bir it növüdür və hazırda Kennel Klub tərəfindən "Vulnerable Native Breed" (təhlükə altındakı yerli cins) olaraq tanınır. Dünya üzrə təxminən 600 fərd var. Təsviri Böyük, kobud xəzli və düz ayaqlı bir itdir. Başı böyükdür, amma geniş deyil. Üzündəki tüklər ona saqqallı və ya bığlı bir görkəm verir. Burnu genişdir. Gözləri dərin yerləşmişdir, lakin göz altı bir qədər görünür. Qulaqları uzun və asılqan şəklindədir, içəriyə doğru qatlanmışdır. Boynu uzun və incədir, kiçik bir boyun dərisi müşahidə oluna bilər. Ayaqları çiyindən yerə qədər düzdür. Ayaq altları bir qədər yüksəkdir. Arxa ayaqlar əzələlidir və güclü ombalarla sahibdir. Ayaqları, yuvarlaq və qalın tüklüdür. Quyruğu kök hissəsində qalındır və heç vaxt belin üstündə əyilməz. Xəzi 4–8 sm uzunluğunda, sıx, kobud və suya davamlıdır. Çəkisi ümumiyyətlə 36-52 kq arasında olur. Xəz rəngləri Tanınan rənglər tam rəngli, qəhvəyi, qum rəngi, qırmızı, buğdayı və mavidir. Bunların hamısında ağ işarələr, həmçinin sarı, mavi və ya tülkü rəngli izlər ola bilər. Ovçuluq Otterhaundun ovçuq bacarığı erkən orta əsrlərə qədər gedib çıxır və bu barədə ilk məlumatlar 1360-cı illərə aiddir. Lakin Otterhaund cinsinin özünü 19-cu əsrin əvvəllərində fərqli bir cins kimi izləmək mümkün olmuşdur. Bir Otterhaundun "Bulldog"un cəsarətini, "Newfoundland"in üzmə bacarığını, "Pointer"in qoxu almasını, "Retriever"in ağlını, "Foxhound"un dözümlülüyünü, "Beagle"in səbrini və "Collie"in zəkasını daşıdığı deyilir. 1978-ci ildə İngiltərədə otterhaundlar qorunan növlər siyahısına alındı. 1977-ci ildə, 9 qeydiyyatdan keçmiş Otterhaund ovçu dəstəsi mövcud idi. Bir neçə ovçu dəstəsi fərqli heyvanların ovuna keçsə də, çoxu tamamilə yox oldu. Sağlamlıq Bu itlərin orta ömür müddəti 10.2 ildir. Otterhaundların 9 %-nin qarın genişlənməsi ilə əlaqəli bir genetik xəstəliyi olduğu və 7.4%-nin bu xəstəliyə görə öldüyü bildirilir. Qorunması Böyük Britaniyanın ən təhlükə altında olan yerli cinsi olaraq qəbul edilir və 2016-cı ildə yalnız 41 yeni qeydiyyat var idi. Onlar, "Böyük Britaniya Kennel Klub"u tərəfindən təyin edilən "Vulnerable Native Breeds" siyahısında yer alır və bu cinsin qorunması üçün böyük səylər göstərilir.


İstinadlar

Tarix : 3 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.