- Wikisun
Östhammar — İsveçin Uppsala qraflığında yerləşən şəhər və Östhammar bələdiyyəsinin inzibati mərkəzidir. 2010-cu ildə şəhərin əhalisi 4.534 nəfər idi. Östhammar bələdiyyəsi hazırda Uppsala qraflığının tərkibindədir, lakin ərazi tarixən Stokholm qraflığının bir hissəsi olmuşdur. Tarixi Östhammara kral Albert tərəfindən 1368-ci ildə şəhər statusu verildi. Bu dövrdə Östhammarshus adlı qala tikildi, lakin 1434-cü ildə Engelbrekt üsyanı ilə üzləşən və dəniz yolu ilə Danimarkaya qaçan Danimarkalı voqt tərəfindən qala yandırıldı. XV əsrin sonlarına doğru buzlaqsonrası qalxma Östhammara qayıqla çatmağı çətinləşdirdi və şəhər statusu Öreqrunda verildi. Östhammar 1538-ci ildə şəhər statusunu yenidən qazandı və dənizə daha yaxın əraziyə köçürüldü. 1651-ci ildə Östhammarda bələdiyyə binası tikildi. 1795-ci ildə şəhər böyük yanğın nəticəsində ciddi zərər gördü. XVII əsrin əvvəllərindən XIX əsrin ortalarına qədər siyənək ovu Östhammar iqtisadiyyatında mühüm rol oynayırdı. Qardaş şəhər Latviya Valka, Latviya İstinadlar Vikisəyahətdə Östhammar haqqında səyahət məlumatları var.
https://az.wikipedia.org/wiki/%C3%96sthammar
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=%C3%96sthammar¶ms=60_15_30.978_N_18_21_48.535_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=60.25860500,18.36348194&q=60.25860500,18.36348194&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=18.36348194,60.25860500&pt=18.36348194,60.25860500&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=60.25860500&mlon=18.36348194&zoom=12
http://valka.lv/en/international-cooperation/
https://web.archive.org/web/20151123145643/http://valka.lv/en/international-cooperation/
Tarix : 8 oktyabr 2026