- Wikisun
Örnsköldsvik-İsveçin Vesternorrland qraflığında yerləşən şəhər və Örnsköldsvik bələdiyyəsinin inzibati mərkəzidir. 2017-ci ildə şəhərin əhalisi 32.953 nəfər idi. Şəhərin təbii limanı və arxipelaqı Botniya körfəzində, Höqa Kusten ərazisinin şimal sərhədlərində yerləşir. Örnsköldsvik sellüloz və kağız məhsulları, eləcə də ağır maşınqayırma məhsullarının ixracı ilə tanınır. Şəhərin ekoloji göstəriciləri yüksəkdir və Örnsköldsvik etanolla işləyən avtomobillər üçün sınaq meydançası kimi istifadə olunur. Tarixi 1861-ci ildə Örnsköldsvikin təsviri Örnsköldsvik ərazisində insan fəaliyyətinin izləri Tunc dövrünə gedib çıxır. Şəhərin yaxınlığında turistlər arasında məşhur olan, yenidən qurulmuş Gene fornby adlı arxeoloji kənd yerləşir. Kənd Roma Dəmir dövrünə aiddir. Lakin Örnsköldsvikin özü nisbətən gənc şəhərdir. 1842-ci ildə köpinq (İsveçdə bazar şəhəri) kimi salınmış, 1894-cü ildə isə şəhər statusu almışdır. Şəhərin adı 1762–1769-cu illərdə Vesternorrland qraflığının qubernatoru olmuş Per Abraham Örnsköldün soyadından götürülüb və “Örnsköld körfəzi” mənasını verir. Örnsköld soyadı hərfi mənada “Qartal qalxanı” deməkdir. Şəhər 1976-cı ildə ilk Qış Paralimpiya Oyunlarına ev sahibliyi etmişdir. Örnsköldsvik bələdiyyəsi Örnsköldsvik şəhəri Örnsköldsviks kommunun, yəni Örnsköldsvik bələdiyyəsinin mərkəzidir. Bələdiyyənin əhalisi şəhərin özündən xeyli çoxdur və 56.000-dən artıqdır. Bunun səbəbi bələdiyyənin geniş əraziyə malik olması, böyük meşə sahələrini əhatə etməsi və bir neçə kənd yaşayış məntəqəsindən ibarət olmasıdır. İqtisadiyyat Tarixən şəhərin ən mühüm iqtisadi fəaliyyət sahələri ticarət və ağır sənaye olmuşdur. Ətraf kəndlərdə, sonradan şəhərin tərkibinə daxil edilmiş ərazilərdə, iki böyük sənaye müəssisəsi yaranmışdı: hazırda Holmen kimi tanınan sellüloz, kağız və meşə təsərrüfatı şirkəti "Mo och Domsjö (MoDo)" və ağır sənaye şirkəti "Hägglund & Söner "(Hägglunds). Bu iki şirkətin varisləri bu gün də şəhər iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Finlandiyaya məxsus Metsä Board keçmiş MoDo müəssisələrindən birini — Örnsköldsvikdən 30 km şimalda yerləşən Husum kəndində Avropanın ən böyük sellüloz zavodlarından birini işlədir. Digər keçmiş MoDo müəssisəsi olan Domsjö Fabriker Örnsköldsvikdə xüsusi sellüloz istehsal edir. Hägglunds isə BAE Systems Hägglunds da daxil olmaqla bir neçə şirkətə bölünüb; bu şirkət BAE Systemsin törəmə müəssisəsidir. Örnsköldsvikdə yerləşən digər mühüm şirkətlər arasında etanol məhsulları istehsal edən Svensk Etanolkemi və çöl şəraitində istifadə üçün avadanlıq və geyim istehsalçısı Fjallraven də var. Təhsil Umea Universitetinin Örnsköldsvikdə kampusu yerləşir. 1993-cü ildə İsveç astronomları tərəfindən Avropa Cənub Rəsədxanasında kəşf edilmiş 6795 Örnsköldsvik asteroidi şəhərin şərəfinə adlandırılmışdır. Nəqliyyat E4 Avropa marşrutu Örnsköldsvikin mərkəzindən keçir. Əsas avtomobil nəqliyyatı E4 Avropa marşrutu vasitəsilə həyata keçirilir. Örnsköldsvik hava limanından Stokholm Arlanda hava limanına Sveaflyg tərəfindən gündəlik uçuşlar həyata keçirilir. Terminal binası bəzi beynəlxalq reyslərə imkan yaratmaq üçün yenilənmişdir. Daha böyük təyyarələrin qəbuluna imkan vermək üçün uçuş-enmə zolağı da uzadılmışdır. Dəmir yolu nəqliyyatı yaxın vaxtlarda istifadəyə verilmiş Botniya xətti vasitəsilə həyata keçirilir. 2010-cu ilin avqustunda tamamlanan xətt İsveç dəmir yolu şəbəkəsinə 190 km uzunluğunda yüksək sürətli dəmir yolu əlavə etmişdir. Sürəti saatda 250 km-ə qədər olan bu xətt ölkənin ən yüksək sürətli dəmir yolu xəttidir. Marşrut Kramforsun şimalındakı Höqa Kusten hava limanı yaxınlığında Ådalen xəttindən ayrılır, Örnsköldsvikdən keçərək Umeaya çatır və burada Umeå–Vännäs xətti ilə Şimali Norrlanddan keçən əsas xəttə birləşir. Dəmir yolu xəttində 140 körpü və ümumi uzunluğu 25 km olan tunellər var. Umeå ilə Örnsköldsvik arasında sərnişin daşımaları 2010-cu ilin avqustunda başladı. Ådalen xəttində ERTMS siqnal sisteminin yenilənməsinin gecikməsi səbəbindən Örnsköldsvikin cənubundakı dəmir yolu nəqliyyatı yalnız 2012-ci ildə başladı. Şəhərdə yük gəmilərinin taxta və digər malları yükləyib-boşaltdığı liman da var. İsveç Avropa İttifaqına üzv olmamışdan əvvəl Örnsköldsviklə Finlandiyanın Vaasa şəhəri arasında birbaşa bərə əlaqəsi mövcud idi. Avropa İttifaqına daxil olduqdan və üzv dövlətlər arasında vergidən azad ticarət ləğv edildikdən sonra bu xidmət dayandırıldı. Hazırda limanda genişmiqyaslı sərnişin daşımaları nadir hallarda həyata keçirilir. E4 Avropa marşrutu üzərində yerləşməsi şəhərin avtobus xətləri ilə yaxşı əlaqələndirilməsinə imkan verir. Şimalda Haparandadan Stokholma qədər uzanan sahil avtobus xətti Örnsköldsvik avtovağzalında müntəzəm dayanır. Östersunda gedən şəhərlərarası marşrut da Örnsköldsvik avtovağzalından başlayır və orada başa çatır. Beynəlxalq əlaqələr M/S Silver Shadow Örnsköldsvikə səfəri zamanı. Arxa planda Swedbank Arena (indiki Hägglunds Arena) görünür. Örnsköldsvikin mərkəzindəki Stora Torget şəhər meydanı. Örnsköldsvikin qardaş şəhərləri bunlardır: Finlandiya Anekoski, Finlandiya Norveç Sigdal, Norveç İslandiya Hveragerbi, İslandiya Danimarka Brande, Danimarka Almaniya Tarp, Almaniya İstinadlar Xarici keçidlər Vikisəyahətdə Örnsköldsvik haqqında səyahət məlumatları var. Örnsköldsvik — rəsmi sayt Örnsköldsvik — Ziyarətçi bələdçisi (ing.) Örnsköldsvik Turizm məlumatı
https://az.wikipedia.org/wiki/%C3%96rnsk%C3%B6ldsvik
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=%C3%96rnsk%C3%B6ldsvik¶ms=63_15_55.764_N_18_40_34.259_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=63.26549000,18.67618306&q=63.26549000,18.67618306&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=18.67618306,63.26549000&pt=18.67618306,63.26549000&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=63.26549000&mlon=18.67618306&zoom=12
https://www.umu.se/en/contact-us/our-campuses/campus-ornskoldsvik/
https://www.svt.se/nyheter/lokalt/vasternorrland/sveaflyg-startar-flygningar-ornskoldsvik-arlanda
Tarix : 8 oktyabr 2026