- Wikisun
Okrehamnⓘ (adətən sadəcə Okra adlandırılır) — Norveçin Roqaland dairəsində, Karmöy bələdiyyəsində yerləşən kiçik şəhərdir. Şəhər Karmöy adasının qərb hissəsində, ənənəvi Hauqaland dairəsində və statistik aqlomerasiya ərazisi olan Haugesund regionunda yerləşir. Okrehamn Kopervik şəhərindən təxminən 5 km qərbdə, Skudeneshavn şəhərindən 12 km şimalda və Haugesund şəhərindən 25 km cənub-qərbdə yerləşir. Veavoqen kəndi Okrehamnın şimal-şərqində yerləşir və şəhər ərazisinin bir hissəsi hesab olunur. 4,37 km² ərazisi olan şəhərin əhalisi 2025-ci ildə 8.202 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1.877 nəfər olmuşdur. Okrehamn kəndi 2002-ci ildə şəhər statusu almışdır. Şəhər statusu aldıqdan sonra Okrehamn sürətlə inkişaf etmiş və yaxınlıqdakı Kopervikdən sonra Karmöy bələdiyyəsinin ikinci ən böyük şəhərinə çevrilmişdir. Norveç iqtisadiyyatının əlverişli vəziyyəti Okrehamna kapital və investisiyaların cəlb olunmasına səbəb olmuş, son illərdə şəhər genişlənmişdir. Yeni mənzillər və evlər tikilmiş, yeni sənaye sahələri yaradılmışdır. Okrehamnın şimal hissəsinə hazırda köhnə balıqçı kəndi olan Sevelandsvik də daxildir. Bu ərazi Mannes adlanan qorunan limanın ətrafında yerləşir. Ərazinin iqtisadiyyatı əsasən balıqçılıq və bir neçə kiçik sənaye sahəsinə əsaslanır. Okrehamn limanının görünüşü Həmçinin bax Norveç şəhərləri Oslo Tromsö Förde Qrimstad Yövik Harstad İstinadlar Xarici keçidlər Okrehamnın veb-saytı Okrehamn Vekstin veb-saytı
https://az.wikipedia.org/wiki/Okrehamn
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Okrehamn¶ms=59_15_37.1_N_5_11_8.2_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=59.260306,5.185611&q=59.260306,5.185611&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=5.185611,59.260306&pt=5.185611,59.260306&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=59.260306&mlon=5.185611&zoom=12
https://stadnamn.kartverket.no/fakta/2899
https://snl.no/%C3%85krehamn
Tarix : 29 sentyabr 2026