- Wikisun
Odysee — ABŞ-a məxsus videohostinq platformasıdır. Platforma mərkəzləşdirilməmiş serverlər və LBRY blokçeyninin kombinasiyasından istifadə edir. Xidmət 2020-ci ilin dekabrında istifadəyə verilmişdir. Odysee fəaliyyətini söz azadlığı anlayışının geniş şərhi üzərində qurur. Məzmun moderasiyasının məhdud olması səbəbindən platformada YouTube kimi əsas video platformalarından uzaqlaşdırılmış (deplatformed) istifadəçilərin videoları da yerləşdirilir. Saytda dezinformasiya, nifrət nitqi və konspirasiya nəzəriyyələri ilə bağlı məzmunlar da yayımlanmışdır. Platforma neo-nasist və digər nifrət qruplarına kriptovalyuta vasitəsilə ianə toplamağa da imkan vermişdir. Video məzmunundan əlavə, platformada 3D çap yolu ilə hazırlanan odlu silahlara aid fayllar da yerləşdirilir. Tarixi Odysee 2020-ci ildə Julian Chandra tərəfindən LBRY layihəsinin təsisçisi Jeremy Kauffmanın iştirakı ilə yaradılmışdır. Platforma istifadəyə verilərkən özünü YouTube kimi əsas video paylaşım xidmətlərinə alternativ olaraq təqdim etmiş, əsas üstünlükləri kimi söz azadlığı və mərkəzləşdirilməmiş infrastrukturu göstərmişdir. 2024-cü ilin iyun ayında Odysee Forward Research şirkəti tərəfindən satın alınmışdır. Satınalma Odysee-nin əvvəlki sahibi olan LBRY şirkətinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən qaldırılmış məhkəmə iddiasını 2023-cü ilin iyul ayında uduzmasından sonra baş tutmuşdur. Texnologiyası LBC (LBRY Credits) kriptovalyutasının loqosu. Odysee istifadəçilərə videoları kriptovalyuta vasitəsilə paylaşmağa və gəlir əldə etməyə imkan verir. Platformaya yüklənən videolar əvvəlcə peer-to-peer (P2P) şəbəkəsinə ötürülür və həmin şəbəkə vasitəsilə digər istifadəçilərlə paylaşılır. Yüklənmiş məzmunun metaverilənləri blokçeyn üzərində saxlanılır, videoların özləri isə node adlandırılan istifadəçilərin yaratdığı paylanmış şəbəkədə yerləşdirilir. Moderasiya Odysee-nin yaydığı rəsmi açıqlamaya görə, platforma istifadəçilərin digər xidmətlərdən uzaqlaşdırılmasının qarşısını almaq məqsədilə yaradılmışdır. 2020-ci ilin sentyabrında fəaliyyətə başladıqdan sonra platformanın moderasiya siyasəti və mərkəzləşdirilməmiş quruluşu burada nifrət nitqinin və dezinformasiyanın yayılmasına şərait yaratmışdır. Platformada ifrat sağçı qruplar, konspirasiya nəzəriyyələrinin tərəfdarları, həmçinin digər platformalardan uzaqlaşdırılmış və ya bloklanmış şəxslər fəaliyyət göstərirlər. Odysee-nin moderasiya siyasəti söz azadlığı prinsipinin olduqca geniş şərhinə əsaslanır. Platformada nifrət nitqi ilə yanaşı, xüsusilə COVID-19 pandemiyası, peyvəndlər və siyasi konspirasiya nəzəriyyələri ilə bağlı dezinformasiya məzmunu da yayılmışdır. Platformanın mərkəzləşdirilməmiş quruluşu belə materialların effektiv şəkildə silinməsini və ya nəzarətdə saxlanılmasını çətinləşdirir ki, bu da dezinformasiyanın geniş yayılmasına səbəb olur. Odysee video faylları ilə yanaşı digər fayl formatlarını da dəstəklədiyindən, 3D çap texnologiyası ilə hazırlanan odlu silahlara aid faylların paylaşılması üçün istifadə olunan əsas platformalardan birinə çevrilmişdir. Platformanın zəif moderasiya siyasəti böyük tutumlu daraqlar, avtomatik atəş mexanizmləri (auto sear) və digər bəzi məhdudlaşdırılmış materialların paylaşılmasına da imkan yaradır. Odysee Avropa İttifaqı kimi bəzi regionlarda coğrafi bloklama (geo-blocking) tədbirləri ilə üzləşmişdir. Bu addımlar hökumətlərin zərərli və ya dezinformasiya xarakterli hesab etdikləri məzmunla bağlı narahatlıqları nəticəsində tətbiq edilmişdir. İstinadlar Həmçinin bax YouTube Blokçeyn Söz azadlığı Xarici keçidlər odysee.com — rəsmi saytı
https://az.wikipedia.org/wiki/Odysee
https://github.com/OdyseeTeam/odysee-frontend
https://www.numerama.com/politique/665449-odysee-le-youtube-libre-qui-attire-les-complotistes-francais.html
https://tekdeeps.com/odysee-the-free-youtube-that-attracts-french-conspirators/
https://www.usatoday.com/story/news/investigations/2023/11/07/video-streaming-site-odysee-extremist-crypto/71481831007/
https://www.wgbh.org/news/local/2024-09-30/a-website-that-provides-a-platform-for-neo-nazis-got-its-seed-funding-from-boston-elites
https://www.theguardian.com/technology/2023/jul/16/lbry-closes-odysee-cryptocurrency-tech-sec-fraud-extremist
Tarix : 18 iyul 2026