- Wikisun
Nora (10 sentyabr 2004 – 5 fevral 2024) — ABŞ-ın Nyu-Cersi ştatının Kamden şəhərinin küçələrindən Furrever Friends heyvan sığınacağı tərəfindən xilas edilmiş boz rəngli zolaqlı pişik idi. Nora 2007-ci ildə onun piano çalmasını göstərən videonun YouTube platformasında geniş yayılmasından sonra beynəlxalq səviyyədə tanınmışdı. The Times qəzetinin onlayn buraxılışı, onun ifasını Filipp Qlass ilə sərbəst caz arasında bir üsluba bənzətmişdi. Milli Elm Fondu 2007-ci ilin payızında muzeylərdə nümayiş etdirilən heyvan davranışları haqqında videoya, Noranı daxil etmişdi. Londonda nəşr olunan Pianist Magazine jurnalı da onun haqqında məqalə dərc etmişdi. 5 fevral 2024-cü ildə Nora sahiblərindən biri olan Betsy Alexander onun vəfat etdiyini Facebook səhifəsində açıqlamışdı. Alexanderin sözlərinə görə, Nora evdə, sevdiyi örtüyün üzərində və ailəsinin əhatəsində sakit şəkildə ölmüşdü. CATcerto 2009-cu ildə Noranın piano ifalarının videoyazıları, litvalı bəstəkar Mindaugas Piecaitis tərəfindən bəstələnmiş və CATcerto əsərinə daxil edilmişdi. Əsərin ilk ifası Piecaitis və Klaypeda Kamera Orkestri tərəfindən həyata keçirilmiş və internetdə geniş yayımlanmışdı. Həmçinin bax Tombili Donald Tramp (camış) İstinadlar Əlavə ədəbiyyat Mapes, Jen. "Do Animals Have an Innate Sense of Music?". National Geographic. 5 yanvar 2001. 14 aprel 2001 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2012. Xarici keçidlər Noranın ilk YouTube ifası Noranın YouTube-da sonrakı ifası Noranın veb-saytı Dean Santomierinin veb-saytı
https://az.wikipedia.org/wiki/Nora_(pi%C5%9Fik)
https://www.youtube.com/watch?v=Jc238JinPKI
https://ghostarchive.org/varchive/youtube/20211221/Jc238JinPKI
https://web.archive.org/web/20070309135359/http://technology.timesonline.co.uk/tol/news/tech_and_web/the_web/article1460860.ece
http://technology.timesonline.co.uk/tol/news/tech_and_web/the_web/article1460860.ece
https://web.archive.org/web/20131104121941/http://norathepianocat.com/pianist-magzine-augsept-issue-page-63/
http://norathepianocat.com/pianist-magzine-augsept-issue-page-63/
Tarix : 4 sentyabr 2026