• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
noqteden-noqteye-telekommunikasiya

Nöqtədən nöqtəyə -telekommunikasiya

Nöqtədən nöqtəyə (ingiliscə Point-to-Point -çox vaxt P2P kimi işarələnir) - Telekommunikasiyada iki nöqtə arasında birbaşa əlaqəni ifadə edir. Mahiyyəti Bu əlaqə formu bir-birini birbaşa bərabər xüssusiyyətdə işləyən iki cihaz, sistem və ya istinad nöqtəsi arasında qurulur. Mövcud telekommunikasiya sistemlərində P2P əlaqəsi çox vaxt sürətli və etibarlı data transferini təmin edir. P2P texnologiyası telekommunikasiyanın ilkin dövrlərində yaranmışdır. Telegraf və telefon kimi erkən rabitə sistemləri P2P model üzərində qurulmuşdu. Bu sistemlər iki nöqtə arasında sadə bir əlaqə yolu təmin edirdi. Daha sonralar kompüter şəbəkələrinin inkiafı ilə P2P əlaqə modelı əsas əlaqə vasitələrindən biri kimi istifadə olunmuşdur. İstifadə Kabel sistemləri: Mis və ya fiber-optik kabellər vasitəsilə iki cihaz arasında qurulan birbaşa əlaqədə istifadə olunur. Simli və simsiz rabitə: Point-to-point mikrodalğalar və ya radio siqnallardan istifadə edərək uzun məsafələrdə rabitə təmin edir. Məsələn, iki bina arasında süsurətli internet əlaqəsi yaratmaq. Kompüter şəbəkələri: Lokal şəbəkədə kompüterlərin və ya cihazların birbaşa qoşulmasında istifadə edilir. Məsələn, iki server arasında point-to-point VPN tunelləri. Telekommunikasiya peykləri: Yer və peyk arasında point-to-point əlaqələr siqnal ötürülməsini təmin edir. P2P sistemləri P2MP (point-to-multipoint) modellərindən fərqlənir. P2MP çoxlu nöqtələrin eyni vaxtda bir mərkəzi nöqtəyə qoşulmasını təmin edir, halbuki P2P modeli sadəcə iki cihaz arasında birbaşa əlaqə yarada bilir. P2P telekommunikasiya sistemi etibarlı və sürətli əlaqə formu olaraq, ixtisaslaşmış istifadə sahələrində çox əhəmiyyətlidir. Bu texnologiya, xüsusilə, sürətli data transferinin vacib olduğu sahələrdə istifadə olunur.


İstinadlar

Tarix : 12 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.