- Wikisun
Nəqliyyat qatı (səviyyəsi) təhlükəsizliyi (ingiliscə Transport Layer Security, qısaca TLS) - Şəbəkə üzərində məlumatların məxfiliyini, tamlığını və autentifikasiyasını təmin etmək üçün istifadə olunan şifrələmə protokol. Mahiyyəti TLS internet üzərində veb tətbiqləri, elektron poçt, mesajlaşma kimi çoxsaylı xidmətlərin təhlukəsizliyini təmin edir. TLS, ilkin versiyası olan Secure Sockets Layer (SSL) əsasında yaradılmışdır. TLS VPN-lərdə məlumatların şifrələnməsi və təhlükəsiz ötürülməsi üçün istifadə olunur. Həmçinin HTTP trafikinə şifrələmə əlavə edərək HTTPS təhlükəsizliyini təmin edir. O, məlumatlarn üçtərfəli qorunmasını təmin edir: - Məxfilik: Məlumatlar şifrələnir ki, üçüncü tərəflər onlara çata bilməsin. - Tamlıq: Məlumatlar ötürüldüyü zaman dəyişdirilmir. - Autentifikasiya: Tərəflər arasında göndərici və qəbuledicinin kimliyi təsdiqlənir. Tarix TLS, ilk olaraq 1999-cu ildə TLS 1.0 versiyası ilə RFC 2246 standartında təsvir edilmişdir. Daha sonra 2008-ci ildə TLS 1.2 və 2018-ci ildə TLS 1.3 yaradılmışdır. TLS 1.2 daha yüksək şifrələmə alqoritmləri təqdim edirdi .TLS 1.3 isə təhlükəsizlik və performansı artırdı, protokolun istifadəni asanlaşdırdı. TLS iki əsas fazada işləyir - TLS əl sıxma (TLS Handshake): Bu mərhələdə məxfilik və autentifikasiya parametrləri razılaşdırılır. Sertifikatların öyrənilməsi yolu ilə kimlik təsdiqlənir. Sessiya açarları mübadilə edilir. - Məlumat şifrələnməsi: Sessiya açarlarından istifadə edərək göndərilən məlumatlar şifrələnir. Bu, istənilmədən edilə biləcək dinləmələrin qarşısını alır. Xüsusiyyətlər - Şifrələmə: AES, ChaCha20 kimi müasir alqoritmlərlə təmin edilir. - Mesaj tamlığı: TLS protokolu məlumatları şəbəkə çərçivəsində dəyişməzliyi ilə qarantiləyir. - Autentifikasiya: Sertifikatları istifadə edərək tərəflərin kimliklərini qoruyur.
https://medium.com/@roopa.kushtagi/unraveling-the-webs-secret-code-how-tls-safeguards-your-online-world-d55e0172b52b
https://www.cloudflare.com/learning/ssl/transport-layer-security-tls/
https://hpbn.co/transport-layer-security-tls/
https://www.csa.gov.sg/Tips-Resource/internet-hygiene-portal/information-resources/tls
https://www.wallarm.com/what/what-is-transport-layer-security
https://www.accuenergy.com/support/reference-directory/tls-transport-layer-security-protocol/
https://www.kiteworks.com/risk-compliance-glossary/transport-layer-security-tls/
https://www.tutorialspoint.com/network_security/network_security_transport_layer.htm
https://www.researchgate.net/figure/Transport-Layer-Security-TLS_fig1_220906565
https://learn.microsoft.com/en-us/previous-versions/windows/it-pro/windows-server-2012-r2-and-2012/dn786441(v=ws.11)
Tarix : 12 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.