• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
nene-qus-novu

Nene (Quş növü)

Nene - Həmçinin Havay qazı kimi tanınır və Havay adalarına endemik quş növü. Nene yalnız "Oahu", "Maui", "Kauaʻi", "Molokai" və "Hawaiʻi" adalarında vəhşi təbiətdə tapılır. 1957-ci ildə Havay ştatının rəsmi quşu elan edilmişdir. Taksonomiya Nene, Kanada qazı (Branta canadensis) növündən törəmişdir. Ehtimal edilir ki, Kanada qazı təxminən 500.000 il əvvəl Havay adalarına gəlib. Bu qaz, həmçinin nəsli kəsilmiş "nənē-nui" (Branta hylobadistes) və nəhəng Havay qazı (Branta rhuax) kimi növlərin də əcdadıdır. "Nənē-nui" nenedən daha böyük idi və uçma qabiliyyəti fərdlərdən asılı olaraq dəyişirdi. Nəhəng Havay qazı isə 1,2 m uzunluğunda və 8,6 kq çəkiyə malik idi, bu da onu nenedən dörd dəfə böyük edirdi. Fosillərdən alınan mitoxondrial DNT məlumatlarına əsasən, bütün Havay qazları, həm yaşayan, həm də nəsli kəsilmiş olanlar, nəhəng Kanada qazı (B. c. maxima) və qara Kanada qazı (B. c. occidentalis) ilə yaxın qohumdur. Təsvir Nene 41 sm hündürlüyündə iri bir qaz növüdür. Bəzi fərdlər gündəlik olaraq yuva və yemək sahələri arasında uçsa da, onlar əsasən yer üzərində vaxt keçirir. Dişilərin çəkisi 1,52–2,56 kq, erkəklərin çəkisi isə 1,69–3,05 kq arasında dəyişir. Erkəklərin başı və boyun arxası qara, yanaqları isə açıq sarıdır. Boynunda qara və ağ diaqonal zolaqlar var. Dişilər də oxşar rənglənməyə malikdir, lakin erkəklərdən bir qədər kiçikdirlər. Yetkin fərdlərin dimdiyi, ayaqları və pəncələri qara rəngdədir. Balalar isə yetkinlərdən daha solğun və daha az rəng zənginliyinə malikdir. Yaşayış yeri və yayılması Nene kolluqlar, çəmənliklər, sahil qumluqları və lava düzənlikləri kimi mühitlərdə yaşayır. Həmçinin insan tərəfindən yaradılmış otlaqlar və qolf meydançaları kimi ərazilərdə də rast gəlinir. Dəniz səviyyəsindən 2.400 m yüksəkliyə qədər olan ərazilərdə tapıla bilər. Keçmişdə nene Havay,"Maui", "Kahoʻolawe", "Lānaʻi", "Molokaʻi", "Oʻahu" və "Kauaʻi" adalarında yaşayırdı. Hal-hazırda onun yayılması Havay, "Maui", "Molokaʻi" və "Kauaʻi" adaları ilə məhdudlaşmışdır. 2014-cü ildə "Oʻahu2 adasındakı James Campbell "Milli Vəhşi Təbiət Qoruğunda" bir cüt nene görülmüşdür və onların iki balası sağ qalmışdır. Ekologiya və davranış Nenenin çoxalma mövsümü avqustdan aprelə qədər davam edir ki, bu da digər qaz növlərindən daha uzundur. Əksər yumurtalar noyabr və yanvar ayları arasında qoyulur. Əksər su quşlarından fərqli olaraq, nene quru ərazidə cütləşir. Dişilər seçdikləri ərazidə yuva qurur və bir ilə beş arasında yumurta qoyur (orta hesabla Maui və Havay adalarında üç, Kauaʻi adasında dörd yumurta). Dişilər yumurtaları 29–32 gün ərzində qoyur, erkəklər isə qoruyucu rolunu oynayır. Balalar tez inkişaf edir və özləri yemək axtarırlar. Onlar növbəti çoxalma mövsümünə qədər valideynləri ilə qalırlar. Qidalanma Nene otoburdur və bitki örtüyünün mövcudluğundan asılı olaraq otlayır və ya budaqlarla qidalanır. Qida mənbələri arasında otların və kolların yarpaqları, toxumları, meyvələri və çiçəkləri daxildir. Qorunma Nene populyasiyası 3.862 quşdan ibarətdir və bu onu dünyanın ən nadir qaz növü edir. Ehtimal edilir ki, Kapitan Ceyms Kukun 1778-ci ildə Havay adalarına gəldiyi zaman təxminən 25.000 Havay qazı var idi. Ov və yırtıcılar (kiçik Hindistan manqusu, donuzlar və vəhşi pişiklər) səbəbindən 1952-ci ilə qədər populyasiya 30 quşa qədər azalmışdır. Növ qapalı ərazidə yaxşı çoxalır və uğurla yenidən təbiətə buraxılmışdır. 2004-cü ildə təxminən 800 quşun vəhşi təbiətdə, həmçinin 1.000 quşun zooparklarda və kolleksiyalarda olduğu bildirilmişdir. Kiçik ilkin populyasiya səbəbindən qohum çoxalma narahatlıq yaradır. İngiltərədəki "WWT Slimbridge" təbiət qoruğu, nenenin əsarətdə uğurla çoxaldılmasında mühüm rol oynamışdır. Mühafizəçi Piter Skottun rəhbərliyi altında, 1950-ci illərdə növ nəsli kəsilməkdən xilas edilmiş və daha sonra Havay adalarına yenidən təbiətə buraxılmışdır. Hal-hazırda "Slimbridge"də hələ də Havay qazları var. Onlar artıq bir çox "WWT" mərkəzlərində əsarətdə saxlanılır. "Maui" adasındakı "Haleakalā" və "Piʻiholo" rançolarında uğurla yenidən təbiətə buraxılma təcrübələri həyata keçirilmişdir. "NatureServe" növü "təhlükə altında" olaraq qiymətləndirir.


İstinadlar

Tarix : 23 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.