- Wikisun
Nehuştan (Nehushtan) - "Krallar kitabı" və "Rəqəmlər kitabı"nda qeyd olunan ilan sarılmış bürünc əsa. Adı, ibrani dilində "nāḥāš" ("ilan") və "nəḥošeṯ" ("bürünc" və ya "mis") mənası verən iki sözün birləməsindən yaranmışdır. Nehuştan əvvəlcə, quraq ərazidə yaşayan israilliləri "odlu ilanlar"ın sancmasından qorumaq üçün, Allahın tapşırığı ilə Musa peyğəmbər tərəfindən düzəldilmişdir. İlanın sancdığı hər kəs, Nehuştana baxdıqda sağalırdı. Müasir dünyamızda da, ətrafına ilan sarılmış əsa, Yunan və Roma mifologiyasının qalığı, tibbin simvolu olaraq istifadə olunur. Bu, Yunanıstanda "Asclepius", Romada "Aesculapius" kimi tanınan qədim bir şəfa tanrısının simvoludur. Bibliya hekayəsi Nehuştan, "Rəqəmlər kitabında" təsvir edilən bir ilahi müdaxilə kontekstində göstərilir. İsraillilər, səhrada Allah və Musadan şikayət etməyə başladılar və buna cavab olaraq, Allah onların arasına zəhərli ilanlar göndərdi, bunun nəticəsində onların çoxu ilan sancmasından öldülər. İnsanlar Musanın yanına gələrək tövbə etdilər və Allahdan ilanları aradan qaldırmasını istədilər. 9-cu ayədə deyilir: "Musa misdən bir ilan düzəltdi və onu əsaya asdı. İlan sancdığı zaman, mis ilana baxan hər kəs sağalacaq". "Krallar kitabı"nda qeyd olunur ki, Esekia (e.ə. 8-ci əsr) dövründə Nehuştan, israillilər arasında ibadət obyektinə çevrilmişdi. Bundan narahat olan Esekia, Musaya aid bütün simvollarını dağıtdı və Nehuştanı məhv etdi. İlan simvolu və qədim ibadətlər İlan simvolu Yaxın Şərq mədəniyyətində geniş istifadə edilmişdir. Ən çox yayılmış bölgə isə Kanan idi. Arxeoloqlar, Kənanın əvvəlki dövrlərində "Megiddo", "Gezer" və "Tel Hazor" kimi şəhərlərdə ilanla bağlı tapıntılar aşkar etmişlər. İlan heykəllərinə həmçinin yaxın bölgələrdə də rast gəlmək olardı. Məsələn Babil şəhərindəki tanrı Mardukun "Esagila" məbədinin girişlərində də mis ilanlar qoyulurdu. Bəzi ənənələrə görə, Nehuştan, ilan sancmalarını müalicə etmək üçün Yerusəlim məbədində bir tanrı simvolu kimi qəbul olunurdu. Mədəniyyətdə 1508-ci ildə Mikelancelo, "Sikstin Kapellası"nda israillilərin ilan bəlasından xilas olmasını və bürünc ilanın yaradılmasını təsvir edən bir freska çəkmişdir. Həmçinin, "Mount Nebo" dağında Covanni Fantoni tərəfindən yaradılmış bir Nehuştan abidəsi mövcuddur.
https://en.wikipedia.org/wiki/Nehushtan
https://mitoloji.org.tr/nehushtan-musanin-metal-yilani/#google_vignette
https://islamansiklopedisi.org.tr/yilan
https://dergi.salom.com.tr/haber-477-sifa_sembolu_yilanin_kokeni.html
https://www.worldhistory.org/nehushtan/
https://www.thetorah.com/article/nehushtan-the-copper-serpent-its-origins-and-fate
https://gospelofgraceoutreach.org/beware-of-nehushtan/
Tarix : 20 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.