• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
namsos

Namsos

Namsos — Norveçin Tröndelaq əyalətində yerləşən Namsos bələdiyyəsinin inzibati mərkəzi və şəhəridir. Şəhər Namsen çayının Namsenfyordenə töküldüyü mənsəbin şimal tərəfində yerləşir. Çayın cənub tərəfində, şəhərin qarşısında Spillum kəndi yerləşir. Şəhərin sahil hissəsinin görünüşü Şəhərdən Norveçin 17 nömrəli dairəvi avtomobil yolu keçir. Şəhərin şərqində Namsos Höknesöra hava limanı yerləşir. Namsos 1933-cü ildən 2002-ci ildə bağlanana qədər Namsos dəmir yolunun son dayanacağı olub. Şəhərdə bütün bölgəyə xidmət göstərən Namsos xəstəxanası yerləşir. Namsos kilsəsi şəhər mərkəzində yerləşir. 4,66 km² sahəsi olan şəhərin 2024-cü ildə əhalisi 8.422 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1.807 nəfər olub. Tarixi 1884-cü ildə Namosun xəritəsi Namsos kəndinə 1845-ci ildə ladested statusu verildi. Həmin vaxt kənd əvvəllər tərkibində olduğu Vemundvik bələdiyyəsindən ayrıldı. Yeni şəhər olan Ladested Namsosun 591 sakini var idi, Vemundvik bələdiyyəsinin qalan hissəsi isə Namsos herred (həmçinin Namsos landdistrikt) adlandırıldı və burada 908 sakin yaşayırdı. Namsos şəhərinə bitişik olan Namsos herred əraziləri şəhər böyüdükcə sonrakı illərdə dəfələrlə şəhərə birləşdirildi. 1 yanvar 1882-ci ildə 109 sakini olan ərazi şəhərə birləşdirildi. 1 iyul 1921-ci ildə 927 sakini olan başqa bir ərazi Namsosa verildi. Daha sonra, 1 iyul 1957-ci ildə 6 nəfər əhalisi olan daha bir ərazi Namsosa birləşdirildi. 1940-cı ildə şəhər Namsos əməliyyatı zamanı İkinci Dünya müharibəsi çərçivəsində bombardmana məruz qaldı. 1960-cı illərdə Şey komitəsinin fəaliyyəti nəticəsində Norveçdə çoxsaylı bələdiyyə birləşmələri həyata keçirildi. 1 yanvar 1964-cü ildə böyük bir bələdiyyə birləşməsi baş verdi. Aşağıdakı qonşu ərazilər 10.875 nəfər əhalisi olan yeni və daha böyük Namsos bələdiyyəsini yaratmaq üçün birləşdirildi: Namsos şəhəri (əhalisi: 5.224) Vemundvik bələdiyyəsinin bütün ərazisi (əhalisi: 2.040) Klinqa bələdiyyəsinin bütün ərazisi (əhalisi: 2.482) Otteröya bələdiyyəsinin Namsenfyordenin şimalında yerləşən hissəsi (əhalisi: 1.013) Fosnes bələdiyyəsinin Otteröya adasındakı Finnangerodden ərazisi (əhalisi: 116) Adı Şəhərin adı Namsosdur və bu, onun yerləşdiyi bələdiyyənin də adıdır. Şəhər Namsen çayının mənsəbində yerləşdiyinə görə bu adla adlandırılıb. Adın ilk hissəsi olan Nams- Namsen çayının adından gəlir. Çayın adının mənşəyi dəqiq məlum deyil. Çay adının ilk hissəsi mənası məlum olmayan qədim skandinav dilindəki Nauma sözündən gəlmiş ola bilər. Bununla yanaşı, onun "qayıq" mənasını verən naust sözündən yaranması da mümkündür. Çay adının ikinci hissəsi olan -sen "dəniz" mənasını verən qədim skandinav dilindəki sær sözündən törəyib. Şəhər adının son hissəsi olan óss isə "çayın mənsəbi" mənasını verir. Gerbi Namsos şəhərinin gerbi 5 may 1961-ci ildə təsdiq edilmiş və şəhər 1 yanvar 1964-cü ildə böyük bələdiyyə birləşməsi nəticəsində ləğv edilənədək istifadə olunmuşdur. Gerb 21 oktyabr 1966-cı ildə, şəhərin bir neçə ərazi ilə birləşdirilərək yeni bələdiyyənin yaradılmasından bir neçə il sonra Namsos bələdiyyəsi üçün yenidən təsdiq edildi. Gerbdə qırmızı fonda qızılı rəngli sığın başı təsvir olunur. Sığın bələdiyyənin simvolu kimi seçilib, çünki Namsos meşələrlə zəngin Namdalen bölgəsinin mərkəzidir və sığın "meşənin kralı" hesab olunur. Media qalereyası Namsosun fyorddan görünüşü Namsosun Klompen dağından görünüşü Namsos xəstəxanası Sahil hissəsi Namsos kilsəsi Namosun panoram görünüşü Həmçinin bax Norveç şəhərləri Esheym Honninqsvöq Holmestrand Kolverayd Kragerö Lanqesun Larvik Leknes Leyrvik Okrehamn Ondalsnes Vinstra Yerpelan İstinadlar


İstinadlar

Tarix : 30 sentyabr 2026