- Wikisun
Müqəddəs Sebastianın şəhidliyi — qardaşlar Antonio və Piero del Pollayolo tərəfindən yaradılmış böyük ölçülü qurbangah əsəridir. Əsər Florensiyadakı Puççi ailəsi tərəfindən sifariş edilmiş və hazırda London Milli Qalereyasında saxlanılır. Tarixi Puççi ailəsi əsəri Florensiyadakı Santissima-Annunsiata kilsəsində yerləşən və Müqəddəs Sebastiana həsr olunmuş ailə kapellasının mehrab əsəri kimi sifariş etmişdi. Corco Vazari əsərin tarixini 1475-ci il olaraq göstərir və onu yalnız Antonio del Pollayoloya aid edirdi. Lakin hazırda əsər adətən hər iki qardaşın birgə işi hesab olunur və onların emalatxanalarındakı köməkçilərin də işə cəlb olunduğu düşünülür. Roberto Puççi əsəri bərpa etdirmək bəhanəsi ilə ibadətgahdan çıxarmış, daha sonra isə 1857-ci ildə onu Milli Qalereyaya satmışdır. Təhlil Rəsm Antonio del Pollayolonun şah əsəri hesab edilir. Əsərin kompozisiyasında onun əvvəlki əsərləri ilə müqayisədə daha sərt həndəsi nizam nəzərə çarpır. Bununla belə, rəssam pozaların və hərəkətlərin təsvirində özünəməxsus təbiiliyi qoruyub saxlamışdır. Ön plandakı dörd oxatan iki simmetrik qrup şəklində yerləşdirilib. Mərkəzdə dayanan iki oxatan yaylarına yenidən ox yerləşdirir, kənarlardakı iki oxatan isə atəş açır. Onların hərəkətləri Müqəddəs Sebastianın bağlandığı mərkəzi dirəyin hər iki tərəfində mükəmməl tarazlıq yaradır. Əsəri onunla təxminən eyni dövrə aid olan Bottiçellinin Müqəddəs Sebastian əsəri ilə müqayisə etmək olar. Bottiçellinin əsərində müqəddəsin fiquru flamand rəssamlığından ilhamlanan mənzərədə təcrid olunmuş şəkildə təsvir edilir. Françesko Botticininin Müqəddəs Sebastian əsəri isə əvvəllər Andrea del Kastanyoya aid edilmiş və 1474-cü ildən sonrakı illərə tarixləndirilmişdir; bu əsərdə Bottiçellinin əsərinin təsiri görünür. Qalereya Sandro Bottiçelli, Müqəddəs Sebastian, Gemäldegalerie, Berlin, 1474 Françesko Botticini, Müqəddəs Sebastian, Metropoliten İncəsənət Muzeyi, Nyu-York, 1474-cü ildən sonra Qeydlər Ədəbiyyat Davies, Martin, The Earlier Italian Schools, National Gallery Catalogues, 1961, 1986-cı ildə yenidən nəşr olunub, ISBN 0901791296 Aldo Galli, I Pollaiolo, “Galleria delle arti” seriyasının 7-ci nömrəsi, Milan, 5 Continents Editions, 2005, s. 36. Alessandro Cecchi, Botticelli e l’età di Lorenzo il Magnifico, “I grandi maestri dell’arte. L’artista e il suo tempo” seriyasında, Florensiya, E – ducation.it, 2007, s. 115. National Gallery site
https://az.wikipedia.org/wiki/M%C3%BCq%C9%99dd%C9%99s_Sebastian%C4%B1n_%C5%9F%C9%99hidliyi
https://www.nationalgallery.org.uk/paintings/antonio-del-pollaiuolo-and-piero-del-pollaiuolo-the-martyrdom-of-saint-sebastian
https://web.archive.org/web/20260831081729/https://www.nationalgallery.org.uk/paintings/antonio-del-pollaiuolo-and-piero-del-pollaiuolo-the-martyrdom-of-saint-sebastian
https://az.wikipedia.org/wiki/M%C3%BCq%C9%99dd%C9%99s_Sebastian%C4%B1n_%C5%9F%C9%99hidliyi
Tarix : 10 sentyabr 2026