- Wikisun
Müqəddəs Sebastian — İtaliya intibahı dövrünün rəssamı Sandro Bottiçelli tərəfindən çəkilmiş, xristian müqəddəsi Müqəddəs Sebastianı təsvir edən rəsm əsəridir. Əsər 1474-cü ilin yanvarından əvvəl tamamlanmış və həmin vaxt Florensiyadakı Santa Maria Maggiore kilsəsinə hədiyyə edilmişdir. Hazırda rəsm Berlin şəkil qalereyasında saxlanılır. Tənqid və təsiri Kennet Klark bu əsəri klassik heykəltəraşlıqda müşahidə olunan ahəngdar sakitlik ruhuna yaxınlığı baxımından diqqətəlayiq hesab edirdi. Onun fikrincə, Donatellonun David əsərindən sonra uzun müddət, onun səviyyəsində nümunələrin yaranmamasının səbəblərindən biri, Florensiya sənətinin xarakterik dinamikliyi idi. Klark yazırdı ki, Apollon sakit və təmkinli təsvir olunur, halbuki florensiyalı rəssamlar hərəkəti, xüsusilə də daha güclü və dramatik hərəkəti sevirdilər. XV əsrin sonlarında çılpaq insan fiqurunun iki böyük ustası olan Antonio del Pollayolo və Bottiçelli də, enerjini və ekstatik hərəkəti əks etdirirdilər. Bununla belə, Klarka görə, Bottiçellinin Müqəddəs Sebastian əsəri sakit vəziyyətdə təsvir edilmiş çılpaq insan fiqurunun uğurlu nümunələrindən biridir. Rayner Mariya Rilkenin Yeni şeirlər (Neue Gedichte, 1907) toplusunda yer alan «Sankt Sebastian» şeirinin Bottiçellinin əsəri ilə təsvir və əhval-ruhiyyə baxımından yaxınlıq təşkil etdiyi qeyd edilmişdir. Bu oxşarlığa Rilkenin tərcüməçilərindən J. B. Leishman və Ceyn Devidson Rid də diqqət çəkmişlər. Həmçinin bax Qızıl buzova sitayiş Müqəddəs Georgi və əjdaha Vendramin ailəsinin portreti Madonna çəmənlikdə Müqəddəs Sebastianın şəhidliyi Qeydlər
https://az.wikipedia.org/wiki/M%C3%BCq%C9%99dd%C9%99s_Sebastian_%28Boti%C3%A7elli%29
https://recherche.smb.museum/detail/864864/der-heilige-sebastian
https://web.archive.org/web/20240507220952/https://recherche.smb.museum/detail/864864/der-heilige-sebastian
https://az.wikipedia.org/wiki/M%C3%BCq%C9%99dd%C9%99s_Sebastian_%28Boti%C3%A7elli%29
Tarix : 9 sentyabr 2026