• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
muqeddes-georgi-ve-ejdaha

Müqəddəs Georgi və əjdaha

Müqəddəs Georgi və əjdaha və ya Müqəddəs Georginin əjdahanı öldürməsi — Venesiya rəssamı Tintoretto tərəfindən 1555 və ya 1558-ci ildə yaradıldığı düşünülən rəsm əsəridir. Əsər ingilis kolleksiyaçısı Uilyam Holvell Karr tərəfindən əldə edilmiş və o, vəsiyyətnamə ilə əsəri London Milli Qalereyasına bağışlamışdır. Əsər hazırda burada nümayiş etdirilir. Təsviri və təhlili Müqəddəs Georginin əjdahanı öldürməsi erkən rəssamlıqda geniş yayılmış süjetlərdən biri idi. Əfsanəyə görə, Liviyada yerləşən Silene şəhəri əhalini qorxuya salan bir əjdahanın hücumlarına məruz qalırdı. Şəhər sakinləri müəyyən müddətdən sonra əjdahaya qurban vermək üçün püşkatma yolu ilə insanlar seçməyə məcbur olmuşdular. Rəsmdə təsvir olunan hadisə zamanı növbə kralın qızına çatmış və o, ölümə göndərilmək üçün gəlin libasında hazırlanmışdı. Təsadüfən at belində oraya gələn Müqəddəs Georgi nizəsi ilə əjdahanı öldürmüş və ya yaralamış, bununla da şahzadənin qaçmasına imkan yaratmışdı. Tintorettonun kompozisiyasının özünəməxsus cəhəti ondan ibarətdir ki, tamaşaçının diqqəti ya parlaq çəhrayı plaş geyinmiş qaçan şahzadənin ön plandakı fiquruna, ya da göydəki hadisəyə ilahi xeyir-dua verən parlaq işığa yönəlir. Əjdahanı nizə ilə vurduğu anda təsvir edilən Müqəddəs Georgi isə arxa plana çəkilib. Orta planda əvvəlki qurbanlardan birinin ölü cəsədi təsvir olunub. Cəsədin çarmıxa çəkilmiş kimi görünən vəziyyəti onun ölümünün qisasının alınacağına dair mümkün xəbərdarlıq kimi şərh edilə bilər. Həmçinin bax Müqəddəs Georgi İstinadlar ↑ Art UK (ing.). Art UK. (İstifadə tarixi: 30 may 2023). ↑ "National Gallery kataloqu". 31 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2026. Xarici keçidlər Google Art-da əsərin təsviri


İstinadlar

Tarix : 10 sentyabr 2026