• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
munhen-seherinde-yerlesen-muqeddes-pyotr-kilsesi

Münhen şəhərində yerləşən Müqəddəs Pyotr kilsəsi

Müqəddəs Pyotr kilsəsi (alm. St. Peter) - Almaniyanın cənubunda, Münhen şəhərinin daxili hissəsində yerləşən Roma-Katolik məhəllə kilsəsidir. Kilsənin 91 metr (299 fut) hündürlüyündə olan qülləsi "Alter Peter" (Köhnə Pyotr) adı ilə tanınır və Münhenin simvollarından biridir. Müqəddəs Pyotr Kilsəsi, Münhendə qeydə alınmış ən qədim məhəllə kilsəsidir və ehtimal ki, bütün şəhərin başlanğıc nöqtəsidir. Tarix Münhenin 1158-ci ildə şəhər kimi qurulmasından əvvəl bu ərazidə Merovinq dövründən əvvələ aid bir kilsə var idi. 8-ci əsrdə rahiblər bu kilsə ətrafında, Petersbergl adlı təpədə yaşayırdılar. 12-ci əsrin sonunda Bavariya Romanesk üslubunda yeni bir kilsə təqdis edildi və 1327-ci ildə baş verən böyük yanğından qısa müddət əvvəl Qotik üslubunda genişləndirildi. Yanğın nəticəsində bina tamamilə məhv oldu. Yenidənqurmadan sonra kilsə 1368-ci ildə yenidən təqdis edildi. 17-ci əsrin əvvəllərində 91 metrlik qülləyə Rönesans üslubunda zirvə əlavə edildi və yeni Barokko xor hissəsi tikildi. İkinci Dünya Müharibəsi zamanı Münhenin müttəfiq bombardmanı nəticəsində kilsə ağır ziyan gördü. Daxili interyer Kilsənin daxili interyerində Erasmus Grasser tərəfindən hazırlanmış Müqəddəs Pyotr heykəlinin yerləşdiyi yüksək altar əsas yer tutur. Digər dövrlərin şedevrləri arasında Jan Polak tərəfindən hazırlanmış beş Qotik rəsm və İqnaz Günther tərəfindən hazırlanmış bir neçə altar var. Yohan Baptist Zimmermann tərəfindən 1753–1756-cı illərdə hazırlanmış tavan freskası 1999–2000-ci illərdə bərpa edilmişdir.


İstinadlar

Tarix : 16 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.