• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
mubadile-de-kuninq

Mübadilə (de Kuninq)

Mübadilə, həmçinin Interchanged adı ilə tanınan, niderlandəsilli amerikalı rəssam Villem de Kuninqin (1904–1997) 1955-ci ildə kətan üzərində çəkdiyi, Abstrakt ekspressionizm üslubunda yağlı boya əsəridir. Cekson Pollok kimi, de Kuninq də ilk Amerika modern incəsənət cərəyanı olan Abstrakt ekspressionizm hərəkatının ilk nümayəndələrindən biri idi. Rəsmin ölçüləri 200.7 x 175.3 sm təşkil edir və əsər 1955-ci ildə tamamlanmışdır. Bu əsər de Kununqun rəsmlərindəki mövzuların qadın təsvirlərindən abstrakt şəhər mənzərələrinə keçidini göstərirdi. Rəssam Frans Klaynın təsiri nəticəsində de Kuninqin rəsm texnikasında baş verən dəyişiklik də, əsərdə əks olunur. Klayn onu sərt fırça vuruşlarının əvəzinə sürətli jestual cizgilərdən istifadə etməyə ruhlandırmışdı. Rəsmin mərkəzində oturmuş qadını təmsil edən ətli, çəhrayı rəngli kütlə təsvir olunub. Əsər ilk olaraq 1955-ci ildə rəssam tərəfindən 4 000 dollara satılmış, 2015-ci ilin sentyabrında isə David Geffen Fondu tərəfindən Kenneth C. Griffinə 300 milyon dollara satılmış və həmin vaxt ən bahalı rəsmlər siyahısında ikinci yeri tutmuşdur. Əsər daha sonra Çikaqo İncəsənət İnstitutunda nümayiş etdirilmək üçün borca verilmişdi. Tarixi Mübadilə 1955-ci ildə tamamlanmışdır. De Kuninq 1950-ci illərin əvvəllərində yaradıcılığının böyük hissəsini 1948-ci ildə üzərində işləməyə başladığı qadın fiqurunun abstrakt fiqur tədqiqatı əsərlərinin yenidən işlənməsinə həsr etmişdi. Bunlar 1953-cü ildə Nyu-Yorkda açılan və "Paintings on the Theme of the Woman" adlanan fərdi sərgisi ilə əlaqəli idi. Bu əsərlərin bəzi adları Woman I, Woman III və Woman, eləcə də Two Standing Women əsərlərinin müxtəlif variantları ilə əlaqəli idi. 1955-ci ilə qədər de Kuninq insan formasının təsvirindən uzaqlaşmış və Nyu-York şəhərindəki ətraf mühitinin memarlığını və yaşayış məntəqələrini abstrakt şəkildə təsvir etməyə davam etmişdi. Həmin dövrdə de Kuninqin 1955-ci ilə aid ən diqqətçəkən yağlı boya əsərlərindən bəziləri Police Gazette, Composition, Gotham News, Saturday Night və Easter Monday idi. Rəsmin adı De Kuninqin yağlı boya əsərləri üçün ad seçiminə verdiyi üstünlüklər həmin dövrdə Nyu-York şəhərində yaşadığı məhəlləyə istinadlarla əlaqəli görünürdü; buna Mübadilə də daxildir. Mülkiyyət tarixi De Kuninq əsəri tamamladıqdan qısa müddət sonra Sidney Janis qalereyasında 4 000 dollara atası Edgar J. Kaufmannın Kaufmann's univermağının sahibi olduğu Pitsburqlu memar Edgar Kaufmann Jr.-a satmışdı. Kaufmannın mülkü onun digər incəsənət kolleksiyası əsərləri ilə birlikdə rəsmi Sotheby's tərəfindən 1989-cu ilin noyabrında Nyu-Yorkda, Yaponiyanın aktiv qiymətləri köpüyü dövründə, Tokioda Mountain Tortoise Gallery-nin sahibi olan yapon sənət taciri Şigeki Kameyamaya 20,7 milyon dollara satmışdı. Bu satış həmin vaxt yaşayan rəssamın əsəri üçün rekord qiymət müəyyən etmişdi. Satış de Kuninqin Altsheymer xəstəliyi səbəbindən əqli cəhətdən fəaliyyət qabiliyyətsiz elan edilməsindən 3 ay sonra baş vermişdi. Rəsm bir neçə il sonra Devid Gefenə satılmış və Yaponiyanın aktiv qiymətləri köpüyünün partlaması və 1990-cı illərin əvvəllərindəki tənəzzül səbəbindən zərərlə satılmışdı. 2015-ci ilin sentyabrında Gefen Mübadilə əsərini 300 milyon dollara hedc-fond meneceri və milyarder Kennet C. Qriffinə satmışdı. Qriffin iki sənət əsəri üçün ümumilikdə 500 milyon dollar ödəmiş, bunun 200 milyon dollarını Cekson Pollokun Number 17A əsərinə vermişdi. İstinadlar


İstinadlar

Tarix : 10 sentyabr 2026