• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
morriqan-morrigan

Morriqan (Morrigan)

Morriqan (Mor-rioghan) - İrlandiya mifologiyasında çoxsaylı rolu olan və müxtəlif formalar altında təqdim edilən bir ilahə. Adı "böyük kraliça" və ya "fantom kraliça" kimi tərcümə edilir. Etimologiya Morriqan adı, qədim irland dilində "Mor-rioghan" şəklində yazılmış və bu, "böyük kraliça" mənasını verən "mór" (böyük) və "ríoghan" (kraliça) sözlərinin birləməsində yaranmışdır. Qədim irland dilindəki "mór" və "ríoghan" sözləri, bu adın mifologiyadakı gücünü və təsirini vurğulayır. Mifologiyada bu ad həmçinin "phantom queen" (fantom kraliça) kimi də tərcümə edilir. Rolu və təsviri Morriqan, əsasən müharibə, ölüm və tale ilə əlaqələndirilir. O, döyüşlərin nəticəsini öncədən müəyyən edir. Morriqan, döyüşçülərə döyüşlərdə üstünlük qazandırmaq üçün onların teleyin dəyişdirir. Bəzən o, döyüş meydanında döyüşçülərin üzərində qarğa kimi dolaşaraq, düşmənlərin gözünə ölüm kimi görünərək onları ruhdan salır. Morriqanın ən çox bilinən formaları, Badb, Macha və Nemain adlanan üç bacıdır. Bu üç ilahə, Morriqanın üç fərqli şəxsiyyəti kimi çıxış edir. Badb, müharibələrə təsiri ilə tanınan və döyüşçüləri qorxudan qarğa şəklində təsvir edilən ilahədir. Macha, döyüş meydanında cəsarətlə döyüşən və düşmənlərə aman verməyən bir obrazdır. Nemain isə döyüşçülərin qulağına qışqıraraq qorxu yaradan ilahə kimi təqdim edilir. Morriqan, həmçinin torpaq və mülkiyyət ilhahəsi olaraq tanınır. Onun, torpağın və xalqın taleyinin qoruyucusu olduğu düşünülür. Morriqanın bu forması torpağın, məhsuldarlığın və xalqa xidmətin təcəssümü olaraq təqdim edilir. Əfsanələrdə yeri İrlandiya mifologiyasında Morriqan müxtəlif döyüşlərdə iştirak etmiş və döyüşçülərə talelərini xəbər vermişdir. İrlandiya "Ulster" döyüşündə Morriqan və onun bacıları, Badb və Macha, döyüşçüləri qorxutmaq üçün müxtəlif əməllər etmişlər. Məsələn, Morriqan döyüşçüləri qorxutmaq üçün onların paltarlarını qanla yuyur və qarğa şəklində döyüş meydanında uçaraq, düşmənlərin gözünə ölüm kimi görünürdü. Mifoloji bənzərliklər Morriqan İrlandiya mifologiyasının digər tanrı və ilahələri ilə də əlaqələndirilir. Məsələn, Banshee, İrlandiya miflərində ölümünü xəbər verən qadın ruhu kimi təsvir edilir. Morriqanın qorxunc səsi və onun ölüm anında görünməsi Banshee obrazını xatırladır. Morriqan, həmçinin qədim Norveç mifologiyasında "Valkyrie" adlı döyüşçü qadınlarla müqayisə edilir. Morriqan və "Valkyrie", döyüşlərdə düşmənləri qorxudan, qələbəni proqnozlaşdıran və müxtəlif formalarda görünən ilahələr kimi təsvir edilir. İkisi də müharibə ilə bağlı, döyüşçülərin taleyini təyin edən ilahələr kimi çıxış edir. Mədəniyyətdə Morriqan, populyar mədəniyyətdə də geniş şəkildə təbliğ edilmiş və müxtəlif mədəniyyət nümunələrində yer almışdır. O, Kanada televiziya serialı olan, "The Sanctuary"də, güclü bir fiqur olaraq təsvir edilmişdir. Morriqan, həmçinin "Marvel Comics" və "The Wicked,The Divine" kimi komikslərdə, "Darkstalkers" və "Dragon Age" video oyunlarında qüdrətli bir ilahə olaraq göstərilmişdir. Bu, onun mifoloji əhəmiyyətini və populyarlığını müasir dövrdə də saxladığını göstərir.


İstinadlar

Tarix : 18 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.