• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
molndal

Mölndal

Mölndal — İsveçin qərb sahilində, Vesteryotaland qraflığında yerləşən şəhər və Mölndal bələdiyyəsinin inzibati mərkəzidir. Şəhər Göteborq şəhər ərazisinin bir hissəsidir. Bələdiyyənin təxminən 60.000 nəfərlik əhalisinin 40.000-ə yaxını Mölndalın özündə yaşayır. Coğrafiya Molndal Göteborq ilə Malmö arasındakı qərb magistral dəmir yolu xətti üzərində yerləşir. E6 və E20 Avropa avtomobil yolları ərazidən şimaldan cənuba doğru keçir. Mölndala Geteborq tramvayı sistemi də xidmət göstərir. Tarix Mölndal 1870-ci ildə Şəhərin adı iki sözdən yaranmışdır: dəyirman mənasını verən qədim Möllor sözünün qısaldılmış forması olan Möln və isveç dilində “dərə” mənasını verən dal. Beləliklə, Mölndal “dəyirmanlar dərəsi” deməkdir. Kvarnbindəki dar, lakin hündür və uzun şəlalələr burada yerləşən su dəyirmanlarının işləməsi üçün lazımi enerjini təmin edirdi. Bu dəyirmanlar və təpələrdəki külək dəyirmanları Molndalın ilkin sənayeləşməsinin yaranmasına səbəb olmuşdur. Sənaye Molndaldakı AstraZeneca şirkətinin qlobal tədqiqat mərkəzi Mölndal həyat elmləri sahəsində fəaliyyət göstərən şirkətlərin yüksək sıxlığı ilə tanınır. AstraZeneca şirkətinin burada 3.100-dən çox əməkdaşın çalışdığı qlobal tədqiqat mərkəzlərindən biri yerləşir. Əczaçılıq, biotibb və biotexnologiya kimi tədqiqat sahələrində fəaliyyət göstərən bir sıra digər şirkətlər də burada yerləşir. Göteborq Universiteti və texnologiya parklarına malik Çalmers Texnologiya Universiteti ilə yaxınlıq mikrodalğa texnologiyası və informasiya texnologiyaları kimi digər sahələrin inkişafına da şərait yaratmışdır. İki milli tədqiqat institutu — IFP SICOMP AB və IVF Industrial Research and Development Corporation da Molndalda yerləşir. Mölndalsfallen Molndalsfallen, 2006-cı il Mölndalsfallen şəlalələri Mölndal sənayesinin inkişafında mühüm rol oynamışdır. Sənaye müəssisələri pambıq, kağız və yağ istehsalında istifadə etdikləri enerjini şəlalələrdən əldə edirdilər. Avropa əməkdaşlığı Mölndal Eurotowns şəbəkəsinin üzv şəhəridir. İstinadlar


İstinadlar

Tarix : 6 oktyabr 2026