- Wikisun
Moelv — Norveçin İnlandet əyalətində yerləşən Rinqsaker bələdiyyəsinin şəhəridir. Şəhər Myösa gölünün sahilində, Lillehammer şəhərindən təxminən 30 km cənubda və Hamar şəhərindən təxminən eyni məsafədə şimal-qərbdə yerləşir. Moelv Rinqsaker bələdiyyəsinin Brumunddaldan sonra ikinci ən böyük şəhəridir. Şəhərin sahəsi 3,95 km², əhalisi 2024-cü ildə 4.547 nəfər, əhalinin sıxlığı isə 1.151 nəfər/km² olub. Myösa gölünün sahilində, Moelva çayının mənsəbində yerləşən şəhərin ətrafında yaşıllıqla örtülü meşəlik təpələr və kənd təsərrüfatı sahələri var. Şəhərdə bir neçə ticarət mərkəzi, Moelv stansiyası və Dovrebanen dəmir yolu xətti, həmçinin bir neçə pab və restoran yerləşir. Əsas işəgötürən ixtisaslaşdırılmış tikinti materialları istehsal edən Moelven Industrierşirkətidir. Arxeoloji qazıntılar ərazidə Norveç Daş dövrünə qədər gedib çıxan insan məskənlərinin izlərini aşkar edib. 2010-cu ildə Moelv şəhər statusu alıb. E6 Avropa avtomobil yolu əvvəllər Moelvdən keçirdi. Lakin 1985-ci ildə Myösa körpüsü istifadəyə verildikdən sonra əsas magistral yol şəhərin içindən deyil, onun ətrafından keçməyə başlayıb. Şəhərin yerli idman klubu Moelven IL-dir. Həmçinin bax Norveç şəhərləri Esheym Honninqsvöq Holmestrand Kolverayd Kragerö Lanqesun Larvik Leknes Leyrvik Okrehamn Ondalsnes Vinstra Yerpelan İstinadlar
https://az.wikipedia.org/wiki/Moelv
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Moelv¶ms=60_56_0_N_10_41_33_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=60.93333,10.69250&q=60.93333,10.69250&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=10.69250,60.93333&pt=10.69250,60.93333&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=60.93333&mlon=10.69250&zoom=12
https://www.ssb.no/en/befolkning/folketall/statistikk/tettsteders-befolkning-og-areal
https://stadnamn.kartverket.no/fakta/434810
Tarix : 30 sentyabr 2026