• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
miniatura-donuz-cinsi

Miniatura (donuz cinsi )

Miniatura donuzları - Minipig və ya mikro-donuzlar, adətən kiçik ölçüləri ilə xarakterizə olunan bir ev donuzu cinsi. Bəzi miniatura donuzları – məsələn, Cerdo Cuino (Meksika), Lon I (Vyetnam), Ras-n-Lansa (Qvam, Mariana adaları) və Wuzhishan (Hainan Adası, Çin) – bu bölgələrə xas ənənəvi cinslərdir. Digər miniatura donuzları isə 20-ci əsrin ortalarından etibarən xüsusi olaraq biomedikal araşdırmalar üçün laboratoriya məqsədli seçici yetişdirmə ilə yaradılmışdır. Bunlar arasında Clawn və Ohmini (Yaponiya), Çex Miniatura Donuzu, Alman Göttingen Miniatura Donuzu, Lao-Sung (Tayvan), Rusiya Minisib və artıq nəsli kəsilmiş Minnesota Miniatura Donuzu (ABŞ) və Westran (Avstraliya) kimi cinslər var. Bəzi minipiglər isə yoldaş heyvanı olaraq satılmaq üçün xüsusi olaraq yetişdirilmişdir. Xüsusiyyətlər Miniatura donuzları ümumiyyətlə təxminən dörd il ərzində tam ölçüsünə çatır və 15 ilədək yaşaya bilərlər. Bəzi donuzlar çiyinlərində 50 sm hündürlüyə və bədən uzunluğunda 100 smməsafəyə çata bilərlər. Tarix ABŞ-da inkişaf edən ilk mini donuz cinsi Minnesota Miniatura olmuşdur, bu cins 1940-cı illərdə yaranmışdır. 1960-cı illərdə, Vyetnam Pot-belly donuzları (91 kq-a qədər çəkiyə çata bilən) qərb şəhərlərindəki zooparklara göndərilmiş və toksikologiya, farmakologiya, pulmonologiya, kardioqoloiya, yaşlanma və orqan transplantasiyası sahələrində tibbi araşdırmalar üçün istifadə edilmişdir. Bu daha kiçik donuzlar, 270 kq -a qədər çatan daha böyük donuz cinslərinə nisbətən işləmək üçün daha asan idi. 1960-cı illərin sonlarında Almaniyanın Göttingen Universitetindəki Heyvan Yetişdirmə və Genetika İnstitutunda, Göttingen minipig-i, Minnesota minipig, Vyetnam Pot-belly donuzu və Alman Landrace donuzu cinslərinin qarışdırılması ilə inkişaf etdirilmişdir. 1980-ci illərin ortalarında, Bowmanville Zoo (Ontario, Kanada) Vyetnam Pot-belly donuzlarını cinsləndirmək üçün idxal etmiş və bu donuzlar Şimali Amerikada Pot-belly donuzu cinsinin əsası olmuşdur. Bu cins, kiçik ölçüləri, əyilmiş arxa və müəyyən edilən potbelly ilə tanınır. Gömrük qanunları səbəbindən, yalnız onların balaları ABŞ-da satıla bilərdi və U.S. zooparkları bu balaları əsas müştəri olaraq alırdı. Sonrakı 10 ildə əlavə olaraq 5 idxal həyata keçirilmiş və Potbellied Pig Registry Service, Inc. (PPRSI) yaradılaraq, nəsil kollarını izləmək və bu qan xətlərini qorumaq məqsədilə bir cins qeydiyyat sistemi qurulmuşdur. Lakin bu qeydiyyat 1990-cı illərin sonlarında ləğv edilmişdir. Hazırda, çox sayda pot-belly donuzu saf cins deyil, çünki saf cins kritik şəkildə təhlükə altındadır. İstifadə Miniatura donuzları tibbi araşdırmalarda geniş istifadə olunur, bunlara toksikologiya, farmakologiya, eksperimental cərrahiyyə, pulmonologiya, kardioqoloiya, xenotransplantasiya, ortopedik əməliyyatlar və yaşlanma araşdırmaları daxildir. Onların biokimyəvi, anatomik və fizioloji oxşarlıqları insanlara yaxın olduğundan, mini donuzlar araşdırmalar üçün ideal heyvan modelləridir. Həmçinin, digər heyvan modellərinə nisbətən daha sürətli inkişaf etdikləri üçün onları yetişdirmək və daha çox genomik məlumat toplamaq daha asandır. Hazırda dünya üzrə 60,000-dən çox donuz elmi araşdırmalarda istifadə olunur. Bəzi miniatura donuzları yoldaş heyvanı olaraq saxlanır və bəziləri xüsusi olaraq bu məqsəd üçün yetişdirilmişdir. Onlar həmçinin müxtəlif növ heyvanlarla müalicə terapiyasında istifadə olunur.


İstinadlar

Tarix : 3 mart 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.