• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
milos-gurzesi

Milos gürzəsi

Milos gürzəsi (Macrovipera lebetinus schweizeri) - Həmçinin Kiklad adaları küt burunlu gürzəsi kimi tanınan, Viperidae ailəsinə aid zəhərli ilan yarımnövü. Bu yarımnöv Egey dənizindəki Yunanıstanın Kiklad Arxepeleqına endemikdir. Etmologiya Yarımnöv adı, schweizeri, İsveçrəli herpetoloq Hans Schweizerin (1891–1975) şərəfinə verilmişdir. Təsvir Milos gürzələri orta hesabla ümumi uzunluğu (quyruq daxil olmaqla) 50–70 sm (20–28 in), maksimum 98,5 sm (38,8 in) olur. Yayılması Milos gürzələri Egey dənizindəki Kiklad Arxepeleqının yunan adalarında tapılır. Milos və ona bitişik dörd kiçik ada - Antimilos, Siphnos, Kimolos və Poliaigos. Tipik yer "Insel Milos" kimi verilir. Qidalanma Yolda ölən nümunələrin mədə analizləri göstərdi ki, yetkinlər ötücü quşlarla qidalanır, 35 sm-dən kiçik gürzələr isə əsasən Milos divar kərtənkələləri və Avropa mis kərtənkələləri ilə qidalanır. Quşlar və kərtənkələlərlə qidalanmaya uyğunlaşma, ehtimal ki, qərb Kiklad adalarında yerli gəmirici növlərinin olmaması səbəbindən baş vermişdir (ev siçanları və qara siçovullar gətirilmişdir). Əsasən yerdə yaşasalar da, payız gecələrində ağaclarda ov axtararaq mövsümi olaraq ağacda yaşama davranışına sahibdirlər. Qorunma statusu Bu yarımnöv, M. l. schweizeri, IUCN tərəfindən nəsli kəsilməkdə olan kimi təsnif edilir; 2022-ci ilə olan məlumata görə vəhşi təbiətdə 4000-dən az yetkin fərd mövcuddur. Bundan əlavə, vəhşi pişiklər tərəfindən öldürülməsi, təqib olunması və kolleksiyaçılar tərəfindən həddən artıq yığılması səbəbindən davamlı bir azalma müşahidə olunur və yaşayış yeri miqyas və keyfiyyət baxımından azalmağa davam edir. 1998-ci ilə olan məlumata görə, qeyri-qanuni toplama, yollarda öldürülmə və ya təqib nəticəsində ildə 500-600 yetkin ya vəhşi təbiətdən çıxarılır, ya da öldürülürdü. O, həmçinin Bern Konvensiyası çərçivəsində ciddi şəkildə qorunan (Əlavə II) kimi siyahıya alınmışdır.


İstinadlar

Tarix : 12 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.