- Wikisun
Mikrobiom - Bakteriyalar, viruslar və göbələklərin insan bağırsağında formalaşdırdığı ekosistem. Müasir tədqiqatlar göstərir ki, bağırsaq mikrobiomu təkcə həzm sistemində deyil, eyni zamanda immunitet, metabolizma və hətta beyin funksiyalarında da mühüm rol oynayır. Sinir sisteminə təsiri Bağırsaq və beyin arasında bağırsaq-beyin oxu (gut-brain axis) adlanan kompleks bir əlaqə mövcuddur. Bu əlaqə əsasən üç əsas mexanizmlə işləyir: 1. Vaqus siniri: Vaqus siniri beyin və bağırsaq arasında birbaşa rabitə yaradır. Bağırsaqda yaşayan mikroorqanizmlər bu sinir vasitəsilə beyinlə siqnallar mübadiləsi aparırlar. Məsələn, Lactobacillus və Bifidobacterium bakteriyalarının stres və depresiyanı azaltmaqda rol oynadığı göstərilib. 2. Kimyəvi maddələrin istehsalı: Bağırsaq bakteriyaları serotonin, dopamin, GABA kimi neyrotransmitterlər istehsal edə bilir. Serotoninin təxminən 90%-i bağırsaqda sintez olunur və onun azlığı depressiya və narahatlıq kimi problemlərlə əlaqələndirilir. 3. İmmunitet sistemi və iltihab: Bağırsaq bakteriyaları immunitet sisteminin fəaliyyətinə təsir edərək beyin üçün vacib olan iltihab əleyhinə və iltihab yaradan sitokinlər istehsal edir. Mikrobiom balansının pozulması (Disbioz) xroniki iltihaba səbəb ola bilər ki, bu da Alzheimer, Parkinson və digər nevroloji xəstəliklərlə əlaqələndirilir. Beyinə təsirlə bağlı tədqiqatlar - Depressiya və anksiyete: Aparılan tədqiqatlar göstərib ki, probiyotiklər (məsələn, Lactobacillus rhamnosus) stresi və anksiyete simptomlarını azalda bilər. 2017-ci ildə aparılan bir araşdırmada sağlam bağırsaq mikrobiomuna sahib insanların depressiyaya daha az meyilli olduğu aşkar edilib. - Autizm və bağırsaq mikrobiomu: Autizm spektr pozuntusu (ASP) olan uşaqlarda bağırsaq bakteriyalarının tərkibinin fərqli olduğu müşahidə olunub. 2020-ci ildə aparılan bir klinik araşdırma göstərib ki, fekal mikrobiota transplantasiyası (FMT) autizm simptomlarını azalda bilər. - Alzheimer və parkinson: Alzheimer xəstəliyinin bəzi formaları bağırsaq bakteriyalarının balansının pozulması ilə əlaqələndirilir. Parkinson xəstəliyi olan şəxslərin bağırsaq mikrobiomunda Spore-forming Clostridium bakteriyalarının artdığı müşahidə olunub. Müalicə - Probiyotiklər və prebiyotiklər: Probiyotiklər (yoqurt, kefir, turşu kələm) faydalı bağırsaq bakteriyalarını artırır. Prebiyotiklər (banan, soğan, sarımsaq, paxlalılar) isə probiyotiklərin qidalanmasına kömək edir. - Qida rasionunu düzgün tənzimləmək: Emal olunmuş qidalardan və şəkərdən uzaq durmaq, lif və sağlam yağlarla zəngin qidalar qəbul etmək mikrobiom sağlamlığını qoruyur. - Stressi azaltmaq: Xroniki stres bağırsaq mikrobiomunu pozaraq iltihabi prosesləri artırır. Meditasiya, idman və düzgün yuxu vərdişləri bağırsaq-beyin oxunun sağlam qalmasına kömək edir. - Gündəlik hərəkət və idman: Fiziki fəaliyyət bağırsaq mikrobiomunun müxtəlifliyini artırır və beyin üçün faydalı olan qidaları sintez etməyə kömək edir.
https://en.wikipedia.org/wiki/Microbiome
https://www.banutascifresko.com/x%C9%99st%C9%99likl%C9%99r/mikrobiom/?lang=az
https://www.scielo.org.mx/scielo.php?script=sci_arttext&pid=S0034-83762022000600302
https://en.wikipedia.org/wiki/Gut%E2%80%93brain_axis
https://www.gastrojournal.org/article/S0016-5085(21)00268-7/fulltext
https://www.nature.com/articles/nrgastro.2016.200
https://journals.lww.com/co-psychiatry/_layouts/15/oaks.journals/PageNotFound.aspx
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC10384867/#:~:text=Several%20gut%20microbiota%2C%20especially%20Firmicutes,depression%2C%20and%20other%20mental%20disorders.
https://www.liebertpub.com/doi/full/10.1089/omi.2017.0077
https://www.frontiersin.org/journals/gastroenterology/articles/10.3389/fgstr.2022.1019578/full
Tarix : 7 fevral 2025