- Wikisun
Meksika palçıq tısbağası (Kinosternon integrum) - Kinosternidae fəsiləsinə aid olan bir palçıq tısbağası növü. Meksikaya endemik olan bu növ rütubətli mühitlərdə, məsələn, dayaz gölməçələrdə, göllərdə, çaylarda və ya orta temp. tropik meşə ərazilərində yaşayır. Yayılması Meksikada Aqvaskalyentes, Kolima, Durango, Quanaxuato, Querrero, İdalqo, Xalisko, Miçoakan, Meksiko, Morelos, Nayarit, Oaxaca, Puebla, Keretaro, San Luis Potosi, Sinaloa, Sonora, Tamaulipas və Sakatekas ştatlarında tapılır. Çoxalma Meksika palçıq tısbağasının yuva qurma mövsümü mayın əvvəlindən sentyabra qədər davam edir və yay yağış mövsümündən qabaq başlayır. Hər dişi üçün tipik yuva ölçüsü 2 ilə 4 yumurta arasındadır, lakin 1 ilə 8 arasında dəyişə bilər. Növ daxilində digər fərqli xüsusiyyət erkək və dişi tısbağaların burun dəlikləridir. Dişilərin daha yumru və qəhvəyi rəngli burun dəlikləri var, erkəklərin isə sarımtıl rəngli burun dəlikləri olur. Meksika palçıq tısbağası "bet hedging" edən bir orqanizmdir, yəni orqanizmin uyğunluq səviyyəsi onun vəziyyətindən asılı olaraq dəyişir. Rahat, gündəlik vəziyyətdə uyğunluq səviyyəsi aşağı olur, lakin stress altında uyğunluq səviyyəsi artır. Bet hedging bu orqanizmin çoxalma pəncərəsini də təsir edir, ona hər iki-üç mövsümdə bir dəfə çoxalma imkanı verir. Qidalanma Meksika palçıq tısbağaları hər şey yeyəndir. Qida rasionuna daxil olan bitkilərə filamentli yosunlar, ot toxumları, quava toxumları və s. daxildir. Yeyilən heyvanlara isə qarışqalar, eşşək arıları, arılar və s. daxildir. Məlum olub ki, quraq mövsümlərdə dişilər erkəklərdən daha çox bitki maddəsi ilə qidalanır.
https://www.inaturalist.org/taxa/39730-Kinosternon-integrum
https://turtle-island.org/the-vallarta-mud-turtle/
https://www.inaturalist.org/guide_taxa/2111065
https://herpatlas.sdnhm.org/species/overview/mexican-mud-turtle/227/
https://reptile-database.reptarium.cz/species?genus=Kinosternon&species=integrum
https://www.researchgate.net/publication/232687201_Population_Ecology_and_Reproduction_of_the_Mexican_Mud_Turtle_Kinosternon_integrum_in_Tonatico_Estado_de_Mexico
https://en.wikipedia.org/wiki/Mexican_mud_turtle
Tarix : 22 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.