- Wikisun
Max Miedinger - Qrafik dizayn sahəsində adı qırmızı hərf lərə yazılmış şəxslərdən biridir. O, XX əsrin ortalarında modernist tipoqrafiyanın ən önəmli şəxsiyyətlərindən biri hesab olunur. Onun yaratdığı Helvetica fontu qlobal dizayn dili kimi qəbul edilir və şirkətlərin, reklam agentliklərinin və qrafik dizaynerlərin favorit seçimlərindən biridir. Erkən həyat və karyera Max Miedinger 24 dekabr 1910-cu il tarixində, işıqlı Şveçrənin Zürix şəhərində anadan olmuşdur. O, gənc yaşlarından bəri sənətə və qrafik dizayna maraq göstərir, bu səbəbdən Zürix Künstgewerbeschule (Tətbiqi Sənətlər Məktəbi)-də təhsil almışdır. Karyerasını "Globus" nəşriyyatında qrafik dizayner kimi başlayan Miedinger daha sonra tipoqrafiyaya olan marağını daha da dərinləşdirir. Helvetica fontunun yaranması 1956-cı ildə, Şveçrənin tanınmış tipoqrafiya şirkətlərindən biri olan Haas Type Foundry, yeni və modern bir sans-serif font yaratmaq istəyirdi. Max Miedinger və Eduard Hoffmann bu təşəbbüsü reallaşdırmaq üçün birlikdə işləməyə başladılar. 1957-ci ildə yaratdıqları bu yeni font “Neue Haas Grotesk” adlandırılsa da, daha sonra Helvetica adını alaraq bütün dünya dizayn sahəsində inqilabi bir dəyişikliyə səbəb oldu. Helveticanın inqilabi təsiri Helvetica, minimalizmi, oxunaqlılığı və funksionallığı ilə tezliklə dünya çap və reklam sektorunda sevilməyə başladı. 1960-cı illərdə fontun Linotype şirkəti tərəfindən beynəlxalq bazara çıxarılması bu populyarlığı daha da artırdı. Helvetica-nın istifadə edildiyi başqa sahələr bunlardır: - Korpoativ brendinq: Apple, BMW, Lufthansa kimi nəhəng brendlər Helvetica-nın sadə və modern estetikasına üstünlük vermişdilər. - Dövlət və nəqliyyat: New York metrosu kimi çoxsaylı sistemlər Helvetica ilə informasiya dizaynını qurmuşdurlar. - Dizayn və reklam: Helvetica bu sahədə işləyən çoxsaylı qrafik dizaynerlərin ilk seçimidir. Son dövrlər və mirası Max Miedinger 1980-ci ildə 69 yaşında vəfat etsə də, Helvetica fontu dünya dizayn tarixində ölümüz bir iz buraxdı. Bugün də bu fontun minimalist və çox istiqamətli istifadəsi onu dizaynerlər arasında və qlobal şirkətlər arasında populyar saxlayır. 2007-ci ildə "Helvetica" adlı bir sənədli film bu fontun dizayn üniversumundaki rolu haqqında geniş şəkildə söhbət açmışdır.
https://en.wikipedia.org/wiki/Max_Miedinger
https://www.myfonts.com/collections/max-miedinger?srsltid=AfmBOoqN1hJAkcYr5eJbg4h_kMVYc0OxqFMLwxBfuRRPD3MteJ2woQxQ
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%B4%D0%B8%D0%BD%D0%B3%D0%B5%D1%80,_%D0%9C%D0%B0%D0%BA%D1%81
https://mediengeschichte.dnb.de/DBSMZBN/Content/EN/FontDesign/05-miedinger-max-en.html
https://www.behance.net/search/projects/max%20miedinger?locale=tr
https://cis2.westerntc.edu/halee/type/the_man.html
https://www.aleftanitim.com.tr/blog/max-miedinger-tipografi-dunyasinin-yildizi/
https://www.moma.org/artists/32059-max-miedinger
https://www.behance.net/search/projects/max%20miedinger
https://www.instagram.com/swisscg_vancouver/p/Czq8IOAvrNS/
https://www.wikidata.org/wiki/Q118270
https://www.dafontfree.io/helvetica-font-free/
https://medium.com/cdf-2018-fall/cdf-project-3-type-hierarchy-3b19591e9afa
https://uncut.wtf/
Tarix : 7 fevral 2025