- Wikisun
Mavi-örtüklü kəkilli milçəkqapan (Trochocercus cyanomelas) və ya Afrika kəkilli milçəkqapanı- "Monarchidae" fəsiləsinə aid olan və Şərqi və Cənub-Şərqi Afrikada tapılan bir quş növü. Yaşayış mühiti Onun təbii yaşayış mühiti, subtropik və ya tropik quru meşələr və subtropik və ya tropik, rütubətli ovalıq meşələridir. Taksonomiya və sistematika Mavi-örtüklüı kəkilli milçəkqapan, ilk dəfə "Muscicapa" cinsində təsvir edilmişdir və bəzi mütəxəssislər onu "Terpsiphone" cinsinə də aid etmişlər. Mavi-mantiyalı kəkilli milçəkqapan üçün alternativ adlara mavi-örtüklü milçəkqapan, mavi-örtüklü cənnət milçəkqapanı, Keyp kəkilli milçəkqapanı və kəkilli milçəkqapan daxildir. Yarımnövlər Beş yarımnöv tanınır: -"T. c. vivax" - (Neave, 1909): Uqanda və şimal-qərbi Tanzaniyadan cənub-şərqi Konqo Demokratik Respublikası və şimal-qərbi Zambiyaya qədər tapılır. -Şərqi Afrika kəkilli milçəkqapanı (T. c. bivittatus) - (Reichenow, 1879): Əvvəlcə ayrı bir növ kimi təsvir edilmişdir. Somalidən şərqi Tanzaniyaya qədər tapılır. -"T. c. megalolophus" - (Swynnerton, 1907): Əvvəlcə ayrı bir növ kimi təsvir edilmişdir. Malavi və şimali Mozambikdən Zimbabve və şərqi KvaZulu-Natala (şimal-şərqi Cənubi Afrika) qədər tapılır. -"T. c. segregus" -( Clancey, 1975): Şərqi Şimal əyaləti və qərbi KvaZulu-Natalda (şimal-şərqi Cənubi Afrika) tapılır. -"T. c. cyanomelas" - (Vieillot, 1818): Cənub və cənub-şərqi Cənubi Afrikada tapılır. Qidalanma Monarx milçəkqapanlar fəsiləsinin bütün üzvləri kimi, mavi-örtüklü kəkilli milçəkqapan da, həşəratlarla qidalanır.
https://ebird.org/species/afcfly1
https://en.wikipedia.org/wiki/Blue-mantled_crested_flycatcher
https://xeno-canto.org/species/trochocercus-cyanomelas
https://www.inaturalist.org/taxa/8563-Trochocercus-cyanomelas
https://www.oiseaux.net/birds/blue-mantled.crested.flycatcher.html
https://www.biodiversityexplorer.info/birds/monarchidae/trochocercus_cyanomelas.htm
https://app.birda.org/species-guide/21953/Blue-mantled_Crested_Flycatcher
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=15F017B77422E290
https://dibird.com/species/blue-mantled-crested-flycatcher/
https://www.holmen-birding-safari.com/bird-pictures/african-birds/flycatchers/blue-mantled-crested-flycatcher/
Tarix : 15 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.