- Wikisun
Mavi noddi ("Anous ceruleus")-"Laridae" fəsiləsinə aid olan bir dəniz quşu. Yaşayış yeri Həmçinin mavi-boz noddi kimi də tanan bu quş, Amerikan Samoası, Kuk adaları, Fici, Fransız Polineziyası, Kiribati, Marşal adaları, Yeni Kaledoniya, Samoa, Tonqa (Niua), Tuvalu və Havayda tapılır. Avstraliya və Yaponiyada səyyah kimi qeydə alınmışdır. Təbii yaşayış mühiti tropik və subtropik bölgələrdə açıq və dayaz dənizlərdir. Taksonomiya Mavi noddinin ilk rəsmi təsviri 1840-ci ildə Frederik Debelli Bennet tərəfindən "Sterna cerulea" binominal adı ilə verilmişdir. "Ceruleus" epiteti latın dilində "tünd mavi" mənasını verir. Mavi noddi əvvəllər "Procelsterna" cinsinə daxil edilirdi. 2016-cı ildə nəşr edilən molekulyar filogenetik tədqiqat göstərdi ki, beş noddi növü tək bir klad əmələ gətirir və "Procelsterna" cinsinə daxil olan mavi noddi və boz noddi, "Anous" cinsinə daxil olan növlər arasında yerləşir. Müəlliflər noddi növlərinin tək bir "Anous" cinsində birləşdirilməsini və "Procelsterna" cinsinin kiçik sinonimi kimi qəbul edilməsini təklif etdilər. 1902-ci ildə "ABŞ Balıqçılıq Komissiyası"nın "USFC Albatross" tədqiqat gəmisi ilə Şimal-Qərbi Havay adalarına səfər zamanı Neckervə Nihoa adasında müşahidə edilən bir dəniz quşu, əvvəlcə elm üçün yeni bir növ hesab edilmiş və "Procelsterna saxatalis" elmi adı ilə "Necker adası susüpürəni" adlandırılmışdır. Daha sonra bu quş mavi noddinin yarımnövü kimi təsnif edilmişdir. Yarımnövlər -"A. c. saxatilis" (Fisher, 1903): Markus adası və şimal Marşal adalarından Şimal-Qərbi Havay adalarına qədər. -"A. c. ceruleus" (Bennett, 1840): Kiritimati adası və Markiz adaları. -"A. c. nebouxi" (Mathews, 1912): Feniks adaları, Tuvalu, Fici və Samoa adaları. -"A. c. teretirostris" (Lafresnaye, 1841): Tuamotu arxipelaqı, Kuk, Avstral və Cəmiyyət adaları. -"A. c. murphyi" (Mougin & Naurois, 1981): Qambye adaları (Fransız Polineziyası). Boz noddiyə ("Anous albivitta") onun yayılma sahəsinin cənubunda rast gəlinir, əvvəllər bu iki növ tək bir növ kimi qəbul edilirdi, lakin indi tez-tez ayrı növlər kimi təsnif edilir. Təsvir Mavi noddi 25–28 sm uzunluğuna və 46–60 sm qanad aralığına malikdir.
https://en.wikipedia.org/wiki/Blue_noddy
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=D021AB6A1D78BCA6
https://xeno-canto.org/species/Anous-ceruleus
https://datazone.birdlife.org/species/factsheet/blue-noddy-anous-ceruleus
https://www.oiseaux.net/birds/blue.noddy.html
https://birdfinding.info/blue-noddy/
https://earthlife.net/blue-noddies/
https://app.birda.org/species-guide/6884/Blue_Noddy
https://dibird.com/species/blue-noddy/
https://animalia.bio/blue-noddy
Tarix : 14 fevral 2025