- Wikisun
Mavi-ləkəli meşə göyərçini və ya mavi-ləkəli göyərçin (Turtur afer)-"Columbidae" fəsiləsinə aid olan bir quş növü. Yaşayış yeri Bu növ Sahelin cənubunda, bütün Afrika üzrə geniş yayılmışdır. Şərqi Afrikada qismən mövcuddur, Cənubi Afrikada isə rast gəlinmir. Taksonomiya 1760-cı ildə fransız zooloq Mathurin Jacques Brisson, Seneqaldan toplanmış nümunə əsasında, mavi-ləkəli meşə göyərçininin təsvirini, altı cildlik "Ornithologie" əsərində daxil etdi. O, fransızca "La tourterelle de Sénégal" və latınca "Turtur senegalensis" adlarından istifadə etdi. Brisson latınca adlar yaratmış olsa da, bu adlar binomial sistemə uyğun deyil və "Beynəlxalq Zooloji Nomenklatura Komissiyası" tərəfindən tanınmır. 1766-cı ildə İsveç təbiətşünası Karl Linney özünün "Systema Naturae" əsərinin on ikinci nəşrini yeniləyərkən, Brisson tərəfindən əvvəlcə təsvir edilmiş, 240 növü daxil etdi. Bunlardan biri də, mavi-ləkəli meşə göyərçini idi və Linney onu digər göyərçinlərlə birlikdə "Columba" cinsinə yerləşdirdi. Linney qısa bir təsvir verdi, "Columba afra" binomial adını təqdim etdi və Brissonun əsərinə istinad etdi. Növün xüsusi adı olan, "afer", latıncada "Afrika" deməkdir. Bu növ indi 1783-cü ildə Hollandiyalı təbiətşünas Pieter Boddaert tərəfindən təqdim edilmiş "Turtur" cinsinə daxil edilir. Növ monotipikdir: heç bir yarımnöv tanınmır.
https://ebird.org/species/bswdov1
https://en.wikipedia.org/wiki/Blue-spotted_wood_dove
https://datazone.birdlife.org/species/factsheet/blue-spotted-wood-dove-turtur-afer
https://www.biodiversityexplorer.info/birds/columbidae/turtur_afer.htm
https://www.oiseaux.net/birds/blue-spotted.wood.dove.html
https://xeno-canto.org/species/turtur-afer
https://app.birda.org/species-guide/4752/Blue-spotted_Wood_Dove
https://www.inaturalist.org/guide_taxa/240901
https://www.inaturalist.org/taxa/3326-Turtur-afer
https://www.holmen-birding-safari.com/bird-pictures/african-birds/doves-pigeons/blue-spotted-wood-dove/
Tarix : 15 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.