- Wikisun
Mavi iquana (Cyclura lewisi) - Kayman adalarının endemik sürünəni olub, əsasən Grand Cayman adasında yaşayır. Xüsusiyyətlər Mavi İquana iri və diqqətçəkici bir sürünəndir. Yetkin fərdlərin boyu 1,5 metr uzunluğa çata bilər (quyruq daxil olmaqla).Çəkisi 5-14 kq arasında dəyişir. Yetkin fərdlərin rəngi parlaq mavi, cavan fərdlərin rəngi isə boz olur. Mavi rəng onların günəş işığı altında qızdırma xüsusiyyətini artırır. Geniş başa və güclü, uzun quyruğa malikdir. Quyruq həm müdafiə, həm də tarazlıq saxlamaq üçün istifadə olunur. Güclü ayaqları dırmaşma və yerimə qabiliyyətini artırır. Coğrafi yayılması və yaşayış mühiti Təbii yaşayış sahəsi yalnız Kayman adasıdır. Əsasən daşlıq və quru sahələrdə yaşayır. Torpaq əraziləri, tropik quru meşələr və manqrov bataqlıqlarında məskunlaşır. Günəşli sahələrdə qızınmaq üçün daşlıq əraziləri üstün tutur. Mavi iquana gündüz aktiv olan (diurnal) bir sürünəndir. Gün ərzində enerji toplamaq üçün günəş altında vaxt keçirir. Bu növ əsasən yerdə yaşasa da, bəzən ağaclara dırmaşa bilər. Qidalanma Əsasən ot yeyən (herbivor) növdür, lakin bəzi hallarda kiçik həşəratlar və yumurtalarla da qidalanır. Mavi iquananın reproduksiya dövrü əsasən yaz aylarına təsadüf edir. Cütləşmə may-iyun aylarında baş verir. Dişi fərdlər iyul-avqust aylarında 1-21 yumurta qoyur. Yumurtalar torpaq çuxurlarında yerləşdirilir. İnkubasiya müddəti təxminən 65-90 gün davam edir. Həyat müddəti təbii şəraitdə 25-40 il, mühafizə altında isə 50 ilə qədər yaşaya bilirlər. Ekosistemdə rolu Bu növ, yerli ekosistem üçün çox vacibdir və dünyanın ən nadir sürünənlərindən biri hesab olunur. Əsasən təbii yaşayış mühitin məhvi və insan fəaliyyəti səbəbindən əhalisi kəskin şəkildə azalmışdır. 1990-cı illərdə nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş olsa da, konservasiya səyləri nəticəsində populyasiyası qismən bərpa edilmişdir. Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaqı (International Union for Conservation of Nature-IUCN) Qırmızı Siyahısına əsasən, Mavi İquana "kritik təhlükədə" (CR) olaraq təsnif edilir.
https://www.iucnredlist.org/species/44275/2994409
https://en.wikipedia.org/wiki/Blue_iguana
https://nationaltrust.org.ky/our-work/conservation/blue-iguana-conservation/
https://nationalzoo.si.edu/animals/grand-cayman-blue-iguana
https://www.bbcearth.com/
http://news.bbc.co.uk/2/hi/science/nature/7388256.stm
https://web.archive.org/web/20150715203520/http://www.blueiguana.ky/green-and-blue-a-world-of-difference-to-iguanas/
https://www.caymancompass.com/2019/04/12/large-blue-iguana-nest-brings-promise-of-healthy-hatchlings/
Tarix : 10 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.