- Wikisun
Mavi Çuxur (ingiliscə: Blue Hole) - Dənizin və ya okeanın dibində olan, ətrafındakı bölgələrə nisbətən daha dərin, dairəvi və ya oval formalı geoloji struktur. Bu çuxurlar dənizlərin əhəngdaşı ilə zəngin sahələrində meydana gəlir və əksər hallarda ətraf suyundan daha qaranlıq görünüşə sahib olur. "Mavi" adı çuxurun suyunun ətraf mühitə nisbətən daha tünd mavi rəngdə görünməsi ilə bağlıdır. Ən məşhur Mavi Çuxurlar: Belizin böyük Mavi Çuxuru: Dünyanın ən məşhur mavi çuxurlarından biridir. Beliz sahillərində yerləşir və dairəvi forması ilə tanınır. Çuxurun diametri təxminən 300 metr, dərinliyi isə 125 metrdir. Bu çuxur dərinliyi və geoloji quruluşu ilə həm dalğıclar, həm də tədqiqatçılar üçün cəlbedicidir məkandır. Deəhəb (Misir): Qırmızı dənizin sahilində yerləşir və dalğıclar arasında məşhur yerdir. Təxminən 120 metr dərinliyə malik olan çuxur, təhlükəli olduğuna görə "dalğıc qəbiristanlığı" kimi tanınır. Dean (Baham adaları): Dünyanın ən dərin mavi çuxurlarından biri. Təxminən 202 metr dərinliyə malikdir. Bu çuxur sualtı sərbəst dalğıc yarışları və tədqiqatlar üçün məşhur məkandır. Əjdaha çuxuru: Cənubi Çin dənizində yerləşən bu çuxur 300.89 metr dərinliyindədir. Yaranma prosesi Mavi çuxurlar geoloji və eroziya proseslərinin nəticəsidir. Əsasən əhəngdaşı ilə zəngin sahələrdə, suyun kimyəvi təsirləri nəticəsində geniş yeraltı mağaralar yaranır. Buz dövrü zamanı dəniz səviyyəsinin azalması bu mağaraların çökməsinə səbəb olur. Dəniz səviyyəsi yüksəldikdən sonra çökmüş mağaralar su altında qalır və mavi çuxur adlanan geoloji formasiyanı meydana gətirir. Biomüxtəliflik Mavi çuxurlar, unikal ekosistemlərə malikdir. Dərinliklərdə az oksigenlə və ya oksigensiz yaşaya bilən mikroorqanizmlər, yuxarı təbəqələrdə isə mərcan lifləri və müxtəlif balıq növləri yaşayır. Elmi əhəmiyyəti: İqlim araşdırmaları: Mavi çuxurlar dəniz suyu səviyyələrinin tarixi dəyişikliklərini və iqlim dəyişikliklərini öyrənmək üçün təbii arxiv kimi xidmət edir. Qarışıq ekosistemlər: Burada tapılan mikroorqanizmlər alimlərə yer üzündə həyatın müxtəlif şəraitlərdə necə davam etdiyini anlamağa kömək edir. Turizm və dalğıclıq Mavi çuxurlar, təbii gözəllikləri və cəlbedici quruluşları ilə dalğıcların və turistlərin diqqətini çəkir. Xüsusilə Beliz və Misirdəki mavi çuxurlar hər il minlərlə dalğıc və macəra həvəskarı tərəfindən ziyarət olunur. Təhlükələr Çuxurların dərinliyi və mürəkkəb quruluşu burada dalğıclıq üçün böyük təcrübə tələb edir. Ekosistemə zərər verməmək üçün çuxurların qorunması və nəzarət altında, xüsusi icazələrlə istifadəsi zəruridir.
https://en.wikipedia.org/wiki/Blue_hole
https://bilimgenc.tubitak.gov.tr/makale/mavi-delikler
https://www.britannica.com/place/Belize-Barrier-Reef#ref1272780
https://www.zubludiving.com/articles/zublu-insights/blue-hole-diving
https://www.lonelyplanet.com/egypt/sinai/dahab/attractions/blue-hole/a/poi-sig/1429824/355262
https://tr.advisor.travel/poi/Mavi-Cukur-Kizildeniz-3105
https://ambergrisdivers.com/trip/great-blue-hole-dive-and-lighthouse-reef-day-tour/
Tarix : 13 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.