- Wikisun
Mavi boyunlu jakamar və ya mavi yanaqlı jakamar (Galbula cyanicollis) - "Galbulidae" fəsiləsinə aid olan quş növü. Taksonomiya və sistematika Mavi boyunlu jakamar monotipik növdür. O və sarıdimdik jakamar (Galbula albirostris) bir zamanlar, eyni növ kimi qəbul edilsə də, təxminən 1974-cü ildən bəri supernöv kimi təsnif edilir. Təsvir Mavi boyunlu jakamarın uzunluğu, 19–22 sm, çəkisi isə 21–26 qram arasındadır. Erkəyin üst hissəsi parlaq yaşıl, alt hissəsi isə şabalıdı rəngdədir. Üzü, şərqdən qərbə doğru, polad mavisi ilə, yaşıl arasında dəyişir. Dişi daha solğun olur və alt hissəsi qəhvəyi-boz rəngdədir. Yayılması və yaşayış mühiti Mavi boyunlu jakamar And dağlarının şərqində və Amazon çayının cənubunda yayılmışdır. Şərqi Peru, şimali Boliviya və Braziliyanın şərqində Maranhaoya qədər, cənubda isə Rondonia və şimali Mato Grossoya qədər tapılır. "Terra firme" və "várzea" meşələrinin daxili hissələrində yaşayır. Burada əsasən aşağı qatlarda və kiçik boşluqlarda rast gəlinir. Həmçinin Braziliyanın "cerrado" bölgəsində qalereya meşələrində də tapılır. Yüksəklikdə 900 metrə (3,000 fut) qədər yüksəlir. Qidalanma Mavi boyunlu jakamarın qidası, müxtəlif həşəratlardan ibarətdir. Açıq budaqlarda oturaraq, uçan ovlarını tutmaq üçün, sürətlə oradan uçur. Çoxalma Braziliyada iki mavi boyunlu jakamar yuva dəliyi, biri iyunda, digəri isə oktyabrda, ağac termiti yuvalarında tapılmışdır. Hər birində iki yumurta var idi. Çoxalma vəziyyətində olan quşlar, sentyabrda tapılmışdır. Status "IUCN" mavi boyunlu jakamarı, "Ən az narahatlıq doğuran" kimi qiymətləndirib. Bir neçə qorunan ərazidə tapılır və ümumiyyətlə yayılma arealı boyunca geniş yayılmışdır.
https://en.wikipedia.org/wiki/Blue-necked_jacamar
https://datazone.birdlife.org/species/factsheet/blue-necked-jacamar-galbula-cyanicollis
https://xeno-canto.org/species/galbula-cyanicollis
https://ebird.org/species/bucjac1
https://birdsoftheworld.org/bow/species/bucjac1/cur/introduction
https://www.oiseaux.net/birds/blue-necked.jacamar.html
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=36F7703C6A2C358C
https://datazone.birdlife.org/species/factsheet/blue-necked-jacamar-galbula-cyanicollis
https://animalia.bio/blue-necked-jacamar
https://www.ecoregistros.org/sheet/Galbula-cyanicollis&idusuario=3054&idlugar=6397&idpais=7&idprovincia=56
Tarix : 15 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.