- Wikisun
Mavi-boyun arxalı xlorofoniya (Chlorophonia cyanea) - "Fringillidae" fəsiləsinə aid olan, rəngarəng, Cənubi Amerikaya aid quş növü. Taksonomiya Mavi-boyun arxalı xlorofoniya, əvəllər "Thraupidae" fəsiləsinə daxil edilirdi. Ümumiyyətlə, kifayət qədər geniş yayılmışdır. Təsvir Kiçik, yumru, əsasən yaşıl rəngli bir quşdur. Alt hissəsi sarı, beli,qısa boynu, sağrı və göz ətrafı halqası mavi rəngdədir. Bəzi yarımnövlərin sarı alın ləkəsi var. Dişilər erkəklərdən daha solğun olur, alt hissəsi daha yaşıl-sarı və bel ilə qısa boyun hissəsində, daha az mavi rəng olur. Yayılması və yaşayış mühiti Onun yayılması olduqca parçalıdır. Populyasiyalar Braziliyanın cənub-şərqində, Paraqvayın şərqində və Argentinanın şimal-şərqində yerləşən Atlantik meşələri, Boliviyadan cənubdan Venesuelaya qədər uzanan And dağları, Perija və Santa Marta dağları, Venesuela sahil dağları və Tepui dağları ilə əlaqələndirilir. Bütün populyasiyalar, rütubətli meşələrlə əlaqəlidir, lakin yerli olaraq yaxınlıqdakı bağ və parklarda da, (xüsusilə Atlantik meşəsi regionunda) rast gəlinir. Əksər populyasiyalar subtropik yüksəklikdə tapılır, lakin Atlantik meşəsi regionunda dəniz səviyyəsinə yaxın ərazilərdə də, mövcuddur.
https://ebird.org/species/blnchl1
https://en.wikipedia.org/wiki/Blue-naped_chlorophonia
https://birdsoftheworld.org/bow/species/blnchl1/cur/introduction
https://xeno-canto.org/species/chlorophonia-cyanea
https://datazone.birdlife.org/species/factsheet/blue-naped-chlorophonia-chlorophonia-cyanea
https://www.inaturalist.org/taxa/10461-Chlorophonia-cyanea
https://animalia.bio/blue-naped-chlorophonia
https://www.oiseaux.net/birds/blue-naped.chlorophonia.html
https://app.birda.org/species-guide/34276/Blue-naped_Chlorophonia
https://www.coravesbirdingtours.com/blue-naped-chlorophonia-organiste-a-nuque-bleue-chlorophonia-cyanea/
Tarix : 15 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.