- Wikisun
Mandal — Norveçin Agder əyalətində yerləşən Lindesnes bələdiyyəsinin şəhəridir. Mandal Agderin dördüncü ən böyük şəhəri və Lindesnes bələdiyyəsinin inzibati mərkəzidir. Şəhər Mandalselva çayının mənsəbində, Mandalen vadisinin cənub hissəsində yerləşir. Sahəsi 6,85 km², əhalisi 2025-ci ildə 11.471 nəfər, əhalinin sıxlığı isə 1.675 nəfər/km² olub. Şəhər, xüsusilə Sösanden çimərliyinə görə turizm məkanı kimi də tanınır. Norveçdə Mandal by hesab olunur və bu söz ingilis dilinə "town" və ya "city" kimi tərcümə edilə bilər. Şəhər 1632-ci ildə ladested statusu alıb, 1921-ci ildə isə statusu köpstad səviyyəsinə yüksəldilib. Bu statusların hazırda hüquqi baxımdan xüsusi əhəmiyyəti yoxdur, lakin tarixən müəyyən hüquqi üstünlüklər verirdi. Şəhər E39 Avropa avtomobil yolu boyunca, Kristiansand şəhərindən təxminən 40 km cənub-qərbdə və Flekkefyord şəhərindən təxminən 60 km cənub-şərqdə yerləşir. Mandalın sərhədlərindən kənarda yerləşən və şəhərin ətrafını təşkil edən bir neçə yaşayış məntəqəsi var; bunlara şərqdə yerləşən İme və cənub-qərbdə yerləşən Sanum daxildir. Krossen kəndi Mandalselva çayı boyunca təxminən 10 km şimalda yerləşir. Tarixi Bu günkü Mandal şəhərinin yerləşdiyi ərazi Orta əsrlər dövründə inkişaf etməmişdi. XIV əsrdə indiki şəhərin bir qədər qərbində, Skogsfyorden sahilində Vester-Risör adlı ticarət məntəqəsi yarandı. Şəhərin inkişafı Kral Pomeraniyalı Erikin buraya qızılbalıq ticarəti hüququ verməsindən sonra başladı. XVI əsrə qədər Vesterrisör inkişaf etmiş liman və ticarət mərkəzinə çevrilmişdi və bununla da Agderin ən qədim yaşayış məntəqələrindən biri olmuşdu. 1632-ci ildə ticarət məntəqəsinə xüsusi ticarət imtiyazlarını nəzərdə tutan ladested hüquqları verildi. XVII əsrin ortalarında şəhərin adı Mandal olaraq dəyişdirildi. XVIII əsrdə qızılbalıq ovu və meşə sənayesi şəhərin inkişafını daha da sürətləndirdi. 1779-cu ildə şəhərin ladested statusu qanunla rəsmiləşdirildi. Mandal kilsəsi 1810-cu ildə şəhərdə baş vermiş yanğında köhnə kilsənin yanmasından sonra 1821-ci ildə tamamlandı. Bələdiyyə özünüidarəsi (1838–1963) 1 yanvar 1838-ci ildə kiçik ladested yeni formannskapsdistrikt qanununa əsasən özünüidarə hüququ aldı və şəhərlə eyni sərhədlərə malik Mandal bələdiyyəsiyaradıldı. Bu dövrdə bələdiyyə birbaşa seçki yolu ilə seçilən nümayəndələrdən ibarət bələdiyyə şurası tərəfindən idarə olunurdu. Mer bələdiyyə şurasının səsverməsi ilə dolayı seçki yolu ilə seçilirdi. 1921-ci ildə Mandal köpstad statusu aldı və qanunla tam şəhər statusuna sahib oldu. 1960-cı illərdə Şey komitəsinin fəaliyyəti nəticəsində Norveçdə çoxsaylı bələdiyyə birləşmələri həyata keçirildi. 1 yanvar 1964-cü ildə Mandal şəhəri (5.446 nəfər) qonşu Halse og Harkmark bələdiyyəsi (3.676 nəfər) və Holum bələdiyyəsinin böyük hissəsi (1.127 nəfər) ilə birləşdirilərək daha böyük Mandal bələdiyyəsi yaradıldı. 2020-ci ildə Mandal bələdiyyəsi, Lindesnes bələdiyyəsi ilə birləşdirildi. Adı Şəhər yerləşdiyi Mandalen çay vadisinin adını daşıyır. Vadinin qədim norveçcə adı Marnardalr olub. Adın ilk hissəsi indi Mandalselva adlanan çayın adının yiyəlik halından — Mǫrn sözündən yaranıb. Bu qədim çay adının mənası dəqiq məlum deyil, lakin onun "dəniz" mənasını verən qədim marr sözü ilə əlaqəli olduğu ehtimal edilir. Son hissə isə "vadi" və ya "dərə" mənasını verən dalr sözüdür. 1653-cü ilə qədər Mandal şəhəri Vesterrisör adlanırdı (hərfi mənası "qərbi Risör"). Bu ad əvvəlcə şəhərin qarşısında yerləşən Risöya adasına aid idi. XVI əsrdə isə onu "şərqi Risör" mənasını verən Österrisör adlı şəhərdən fərqləndirmək üçün adın əvvəlinə "qərbi" sözü əlavə edildi. Həmin şəhər bu gün sadəcə Risör adlanır. Fotoqalereya Şəhər mərkəzinin bir hissəsinin görünüşü Mandalın Vestnes ərazisinin görünüşü Mandal körpüsünün görünüşü Şəhər mərkəzinin və çimərlik ərazisinin görünüşü Mandal kilsəsinin görünüşü Həmçinin bax Norveç şəhərləri Esheym Honninqsvöq Holmestrand Kolverayd Kragerö Lanqesun Larvik Leknes Leyrvik Okrehamn Ondalsnes Vinstra Yerpelan İstinadlar
https://az.wikipedia.org/wiki/Mandal
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Mandal¶ms=58_1_37.9_N_7_26_56.0_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=58.027194,7.448889&q=58.027194,7.448889&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=7.448889,58.027194&pt=7.448889,58.027194&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=58.027194&mlon=7.448889&zoom=12
https://www.ssb.no/en/befolkning/folketall/statistikk/tettsteders-befolkning-og-areal
https://stadnamn.kartverket.no/fakta/364950
Tarix : 30 sentyabr 2026