• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
malaga-kafedrali

Malaga kafedralı

Malaga kafedralı - İspaniyanın cənubundakı Andalusiya bölgəsində yerləşən Malaga şəhərindəki Roma-Katolik kilsəsi. Kilsə, İntibah memarlıq ənənəsinə aiddir. Kafedral, indi mövcud olmayan orta əsrlərə aid Mavr divarlarının əhatə etdiyi ərazidə yerləşir; bu divarların qalıqları yaxınlıqdakı Alcazaba və Gibralfaro qəsri ətrafında qalır. Kafedral 1528-1782-ci illər arasında Diego de Siloe'nin çəkdiyi planlar əsasında inşa edilmişdir və daxili interyeri də İntibah üslubundadır. Təsvir və tarix Fasad, binanın digər hissələrindən fərqli olaraq, Barokko üslubundadır və iki səviyyəyə bölünür; aşağı səviyyədə mərmər sütunlarla ayrılmış üç tağ var. Qapıların üzərində daşa oyulmuş medalyonlar var, yan qapıların üzərindəki medalyonlar Malaga'nın himayədar müqəddəsləri olan Müqəddəs Cyriacus və Müqəddəs Paula'yı, mərkəzdəki isə Müjdəni təsvir edir. Şimal qülləsi 84 metr (276 fut) hündürlüyündədir və bu, binanı Andalusiyanın ikinci ən hündür kafedralı edir (Sevilyadakı Giralda'dan sonra). Cənub qülləsi isə tamamlanmamışdır. Kafedralda musiqi Kafedralın məşhur kapella ustaları arasında bəstəkarlar Cristóbal de Morales (son illərində, 1551-1554), Esteban de Brito (Estêvão de Brito), Francisco Sanz və (Manuel Martínez Delgado'nun vəzifəyə başlamadan vəfat etməsi səbəbilə) barokko dövrünün bəstəkarları Juan Frances de Iribarren və Jayme Torrens də var.


İstinadlar

Tarix : 16 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.