- Wikisun
Madonna çəmənlikdə (Madonna del Prato) — İtalyan İntibahı rəssamı Covanni Bellini tərəfindən 1505-ci ildə yaradılmış, Məryəm və Körpə İsanı təsvir edən rəsm əsəridir. Əsər hazırda London Milli Qalereyasında saxlanılır. Əsər ilkin olaraq ağac üzərində yağlı boya və yumurta temperası ilə çəkilmiş, 1949-cu ildə panel üzərində çəkilmiş rəsm əsərlərinin kətana köçürülməsi|kətana köçürülmüşdür. Köçürülmə zamanı əsərin bəzi hissələri zədələnmişdir. Əsərdə Məryəmin təvazökarlıq içində oturmasını təsvir edən orta əsr ikonografiyası, geniş və işıqlı kənd mənzərəsi fonunda təqdim olunur. Kompozisiyada dini məzmun və mənzərə təsviri eyni dərəcədə ön plana çıxarılıb. Gündəlik həyatdan götürülmüş çoxsaylı kiçik detallar, mənzərəyə iki fiqurun yaratdığı səmimi və doğma ab-havaya uyğun bir xarakter qazandırır. Ağacdakı qarğa ehtimal ki, ölümü simvolizə edir. Fiqurların duruşu tamaşaçını İsanın ölümü və əzabları haqqında düşünməyə yönəldir. Fiqurların duruşu, ölmüş İsanın Məryəmin qucağında təsvir olunduğu Pyeta kompozisiyalarını xatırladır. Həmçinin bax Covanni Bellini İstinadlar ↑ "Madonna of the Meadow". The National Gallery. 17 may 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2010. ↑ Dunkerton, Jill; Foister, Susan; Gordon, Dillian; Penny, Nicholas. Giotto to Dürer: Early Renaissance Painting in The National Gallery. Yale University Press. 1991. ISBN 978-0-300-05082-0. Xarici keçidlər National Gallery kataloqu
https://az.wikipedia.org/wiki/Madonna_%C3%A7%C9%99m%C9%99nlikd%C9%99
http://www.nationalgallery.org.uk/paintings/giovanni-bellini-madonna-of-the-meadow
https://web.archive.org/web/20130517031603/http://www.nationalgallery.org.uk/paintings/giovanni-bellini-madonna-of-the-meadow
https://books.google.com/books?id=Qcbpgdw0K5wC
https://www.nationalgallery.org.uk/paintings/giovanni-bellini-madonna-of-the-meadow
Tarix : 10 sentyabr 2026