• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
lupo-italyano-it-cinsi

Lupo İtalyano (it cinsi)

Lupo İtalyano - İtaliyaya aid it cinsi. Bu cinsin, "Alman çoban iti" ilə "İtalyan canavarı"nın cütləşməsindən əmələ gəldiyi söylənir. Lakin bir sıra genetik tədqiqatlar bu iddianı şübhə altına alır. Təsviri Canavara bənzər buruna, güclü çənəyə və orta uzunluqda sivri qulaqlara malikdir. Gözləri ideal olaraq qızılı rəngdə və çəp formada olmalıdır. Yetkin fərdlərin çiyin hündürlüyü 58-68 sm-dir və güclü sinə quruluşuna sahibdir. Hətta iri fərdlərdə belə yeriş yüngül və ahəngdar olur. Bu cinsin 70 km/saat sürətlə qaça bildiyi iddia edilir. Xəz örtüyü boz rəngdədir. Standarta əsasən, tam qara və ya döş nahiyəsində ağ ləkə də qəbul edilir. Quyruğu sakit vəziyyətdə sallanır, qaldırıldıqda isə yüngül bir əyilmə baş verir. Tarixi Cinsin yaradıcısı, keçmiş bankir Mario Messi, Lupo İtalyanonun 1966-cı ildə meydana gəldiyini iddia edir. O, Rieti əyalətində bir ovçu tərəfindən tutulan dişi italyan canavarı ilə alman çoban itinin cütləşməsindən doğulan bir hibriddir. "Zorro" adlı bu hibrid daha sonra alman çoban itləri ilə cütləşdirilmiş və onlardan alınan dişi balalar cinsin əsasını təşkil etmişdir. Əvvəlcə itlər "Cumiana"'da XIX əsrə aid bir villada saxlanılmış, lakin sakinlərin şikayətləri səbəbindən başqa bir müasir mərkəzə köçürülmüşdü. 1980-ci ildə Messi Lupo İtalyanonun saflığını qorumaq üçün "Lupo İtalyano Orijinal Seçim Assosiasiyası"nı (Associazione Selezione Originale di Lupi Italiani, ASOLI) qurdu. Bu təşkilat könüllülərin ianələri ilə maliyyələşdirilirdi və Messi bu cinsin yalnız ictimai xidmət məqsədilə icarəyə veriləcəyini bəyan etdi. Genetika 1982-ci ildə Mario Messi Lupo İtalyanonun 62,5% "Alman çoban iti", 37,5% "İtalyan canavarı"nın qanına malik olduğunu bəyan etmişdi. 2002-ci ildə isə bu nisbətin 60% canavar və 40% it olduğunu iddia etmişdi. 2007-ci ildə aparılan genetik araşdırmalar cinsin genlərində canavar izlərinin olmadığını göstərdi. Daha sonra 2017-ci ildə aparılan daha geniş genetik analizlər Lupo İtalyanonun "Alman Çoban İti" ilə sıx əlaqədə olduğunu, lakin "İtalyan Canavar"ı ilə əhəmiyyətli bir genetik paylaşımın olmadığını təsdiqlədi.


İstinadlar

Tarix : 3 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.