- Wikisun
Longan şərabı — Cənub-Şərqi Asiyaya aid olan, Dimocarpus longan meyvəsindən (uzunyan və ya tünd dərili əjdaha gözü olaraq da tanınır) hazırlanan fermentləşdirilmiş içki. Mənşəyini Çindən götürsə də, Vyetnamın Bac Lieu vilayəti kimi Cənub-Şərqi Asiyanın bir çox bölgələrində xüsusi bir məhsula çevrilmişdir. Tarix Uzunyan meyvəsi qədimdən Çin Səddi boyunca və qərb bölgələrində, xüsusilə Xinjiang, Gansu, Shanxi və Hebei vilayətlərində yetişdirilmiş və şərab kimi istehsal olunmuşdur. 20-ci əsrin ikinci yarısında populyarlıq qazanmışdır. Belə ki, Çinin Greatwall Wine Co. tərəfindən istehsal olunan quru uzunyanın ağ şərabı 1983-cü ildə Londonda keçirilən 14-cü Beynəlxalq Şərab Dequstasiyası Toplantısında gümüş medal qazanmışdır. Bundan sonra uzunyan şərabının istehsalı Cənub-Şərqi Asiyaya yayılmışdır. Belə ki, 2015-ci ildən etibarən Tayland və Kambocada kiçik miqyasda kommersiya istehsalı inkişaf etdirilmişdir. Hazırlanması Uzunyan şərabı, meyvənin içliyinin spirtdə macerasiya edilməsi ilə hazırlanır. Xüsusilə Şimali Taylandda uzunyan meyvəsi mövsümündə bol miqdarda yetişdiyindən qurudulur və müxtəlif məhsullara, o cümlədən uzunyan şərabına çevrilir. Bu araşdırma quru uzunyan toxumundan yüksək antioksidantlı şərab istehsalını inkişaf etdirmək məqsədi daşıyırdı. Fermentasiya prosesinin 30°C temperaturda aparılması tövsiyə edilir, çünki bu, istehsal müddətini qısaldır. Sağlamlıq Uzunyan şərabı digər növlərdən daha şirindir və buna görə də şəkərli diabet hallarında tövsiyə olunmaya bilər. Bununla yanaşı, uzunyan toxumu zəngin antioksidant mənbəyidir və fermentasiya zamanı təbii şəkildə çıxarılır. Ənənəvi bir içki olaraq, Vyetnamın Bac Lieu vilayəti hökuməti tərəfindən, hətta kişilərin sağlamlığı üçün tövsiyə edilir.
https://en.m.wikipedia.org/wiki/Longan_wine
https://books.google.com/books?id=0PHcCQAAQBAJ&dq=longan+wine&pg=PA173
https://books.google.com/books?id=_wK3AAAAIAAJ&q=longan+wine
https://www.phnompenhpost.com/lifestyle-food-drink/pailin-longan-winery-tries-break-through-big-time
https://books.google.com/books?id=_a9EAAAAQBAJ&dq=longan+wine&pg=PA19
https://dx.doi.org/10.1016/j.foodchem.2020.128921
https://baclieu.gov.vn/web/portalenglish/-/longan-wine-a-very-healthy-gift-for-men
Tarix : 20 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.