- Wikisun
Lobito Herreno - İspan mənşəli çoban iti cinsi. Əsasən Kanar adalarının El Hierro adasında, həmçinin Qran Kanariya, La Palma və Tenerifedə rast gəlinir. "Real Sociedad Canina de España" tərəfindən cins kimi tanınmır, lakin 2021-ci ildə cəmiyyət tərəfindən ardıcıl forma və funksiyaya malik regional it populyasiyası kimi "Grupo Etnico Canino" kateqoriyasında siyahıya alınan üç cinsdən biri olmuşdur. Bu kateqoriyaya aid digər iki it "Podenco Orito Español" və "Carea Castellano-Manchego"dur. Cəmiyyət 2013-cü ildə Lobito Herreno üçün cins standartı layihəsini dərc etmişdir. Bu cinsin qorunması və inkişafı ilə "Asociación para la Recuperación del Perro Lobo Herreno" cəmiyyəti məşğul olur. Tarix Kanar adalarının müasir itlərinin XV əsrin əvvəllərində Kastiliya konkistadorlarının gəlişindən əvvəl adalarda mövcud olub-olmaması və ya nə dərəcədə olduğu hələ dəqiq məlum deyil. Lobito Herreno cinsinin mənşəyi də qeyri-müəyyəndir. Onun XVIII əsrdə və ya daha sonra arxipelaqa gətirilən itlərdən yarandığı ehtimal olunur. 2013-cü ildə "Real Sociedad Canina de España" onu Grupo Etnico Canino" siyahısına daxil etmiş və həmin ildə cins standartı layihəsini dərc etmişdir. 2021-ci ildə "Kanar Adaları Parlamenti" adaların əsas yerli heyvan cinslərini "mədəni, genetik və etnoqrafik irs" elan edən bir qərar qəbul etdi. Bu qərarda beynəlxalq səviyyədə tanınan dörd it cinsi -"Pastor Garafiano", "Perro Majorero", "Presa Canario" və "Podenco Canario" qeyd olunsa da, Lobito Herreno siyahıya daxil edilməmişdir. Lobito Herreno, Kanar adalarında tanınmayan yeganə məşhur cins deyil. Digər məşhur cinslər arasında "Podenco Enano "(El Hierro) və "Ratonero Palmero" (La Palma) da tanınmır. Xüsusiyyətlər Lobito Herreno, canavarabənzər və primitiv görünüşə malikdir. Qaralama cins standartına əsasən, boyu 52–54 sm, çəkisi isə 18–22 kq arasında dəyişir. 2009-cu ildə El Hierroda aparılan bir araşdırma dişilər üçün orta boyu 52,6 sm və çəkini 21,1 kq, erkək itlər üçün isə orta boyu 54,7 sm və çəkini 21,9 kq müəyyən etmişdir. Kürkləri adətən boz rəngdə olur, lakin qırmızımtıl rəng də müşahidə edilə bilər. Hər iki rəngdə ağız və göz ətrafında açıq rəngli tüklər olur. Tünd ağ və ya krem rənglər də qəbul edilir, lakin bu rənglər üzdə qəbul olunmur. Quyruqlarının ucu adətən qaradır. İstifadə Sürülərin idarə olunması və hərəkət etdirilməsində çobanlara kömək üçün istifadə edilmişdir. O, yad adamlara qarşı şübhə ilə yanaşır, lakin sahibinə qarşı son dərəcə sadiqdir. Müasir dövrdə pastoral həyat tərzinin azalması səbəbindən bu cins getdikcə daha çox yoldaş it kimi saxlanılır.
https://en.wikipedia.org/wiki/Lobito_Herre%C3%B1o
https://justusdogs.com.au/lobito-herreno-dog-breed-information-puppies-breeders-guide/
https://nationalpurebreddogday.com/wolf-dog-of-the-canary-islands/
https://www.101dogbreeds.com/hierran-wolfdog.asp
https://animalxop.com/en/blogs/razas-de-perros/perro-lobo-herreno-la-elegancia-salvaje-de-las-islas-canarias
https://discover.hubpages.com/animals/11-Best-Wolf-Dog-Breeds
Tarix : 31 dekabr 2024