• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
leknes

Leknes

Leknes (tələffüzⓘ) — Norveçin Nordland dairəsində yerləşən Vestvoqöy bələdiyyəsində şəhərdir. Şəhər həmçinin Vestvoqöy bələdiyyəsinin inzibati mərkəzidir. 11.619 əhalisi olan bələdiyyə Lofoten və Vesteralen bölgələrində ən çox əhalisi olan bələdiyyədir. Leknes 2002-ci ildə şəhər statusu almışdır. Sahəsi 2,7 km² olan şəhərin 2023-cü ildə əhalisi 3763 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1394 nəfər olmuşdur. Gecə Leknesin əsas küçəsi (Storgata) Qışda Leknes: Skottinden dağına doğru görünüş Lekneslə birləşərək 5400-dən çox əhalisi olan şəhərsalma ərazisi yaradan Gravdal və Fygle Şəhər Lofoten arxipelaqının coğrafi mərkəzində, Vestvoqöya adasında yerləşir. Svolvaer şəhərindən təxminən 68 km qərbdə, Moskenes bələdiyyəsində yerləşən O kəndindən isə 65 km şərqdədir. Leknes Lofotendə balıqçılıqdan asılı olmayan və şəhər mərkəzi dəniz kənarında yerləşməyən azsaylı şəhərlərdən biridir. Buna və son illərdə sürətlə böyüməsinə görə şəhərdə, Lofotendəki əksər balıqçılıq kəndlərində olduğu kimi ənənəvi taxta memarlıq yoxdur. Bununla belə, dağları, zirvələri, qayalıqları və ağ qumlu çimərlikləri ilə təbii ətrafı, Norveçin ən möhtəşəm mənzərələri sırasındadır. Şəhərin Leknes Havn limanı, Norveçin kruiz gəmiləri üçün ən mühüm və ən çox ziyarət edilən limanlarından biridir. Fygle məhəlləsindəki köhnə məktəb, muzeyə çevrilmişdir. Hol kilsəsi şəhərin şərq kənarında yerləşir. Leknes, Fygle və Gravdal kəndləri illər ərzində bir-biri ilə birləşərək vahid şəhərsalma ərazisi yaratmışdır. Nordland xəstəxanasının bölmələrindən biri Leknesin mərkəzindən təxminən 4 km cənub-qərbdə yerləşən Gravdaldadır. Leknesdə gecəyarısı günəşi mayın 26-dan iyulun 17-dək üfüqdən yuxarıda olur, qışda isə günəş dekabrın 9-dan yanvarın 4-dək şəhərdə doğmur. Nəqliyyat Leknes Lofotenin ticarət və alış-veriş mərkəzidir və bu baxımdan yalnız Svolvaer şəhəri ilə rəqabət aparır. Avropa E10 avtomagistralı şəhərdən keçərək Lofotenin bütün əsas adalarını materiklə birləşdirir. Leknesdə regional təyyarələr üçün hava limanı da var. Leknes hava limanından Bodö şəhərinə gündəlik 7, Tromsö şəhərinə isə gündəlik 1 planlı reys həyata keçirilir. Bu reysləri Wideröe aviaşirkəti yerinə yetirir. Şəhərdə Lofotenin digər ərazilərinə avtobus əlaqələrinin mərkəzi olan kiçik avtovağzal yerləşir. İqlim Meteoroloji stansiya kiçik Leknes hava limanında yerləşir. Bütün müşahidə dövrü üzrə ən yüksək temperatur 2018-ci ilin iyulunda qeydə alınmış 29,9 °C, ən aşağı temperatur isə 2019-cu ilin fevralında qeydə alınmış −15,8 °C olmuşdur. Leknesdə qışlar yağıntılı keçir. Yay aylarında yağıntı qış ayları ilə müqayisədə xeyli azdır və qış yağıntılarının yalnız 25%-ni təşkil edir. Meteoroloji stansiya 1972-ci ildə fəaliyyətə başlamış, 2002-ci ildən etibarən qeydlər mövcuddur. Leknes hava limanı (1991–2020, 10 m) Ay Yan Fev Mar Apr May İyun İyul Avq Sen Okt Noy Dek İl Orta temperatur (°C) 0 −0,6 0 2,8 6,5 9,9 12,8 12,2 9,4 5,2 2,6 1 Yağıntı (mm) 203 174 161 93 74 45 38 78 123 161 173 223 Mənbə: Norveç Meteorologiya İnstitutu Media Lofot-Tidende qəzeti 1987-ci ildən Leknesdə nəşr olunur. İstinadlar


İstinadlar

Tarix : 29 sentyabr 2026