- Wikisun
Larvikⓘ — Norveçin Vestfold dairəsində yerləşən Larvik bələdiyyəsinin inzibati mərkəzidir. Şəhər sahildən 50 km-dən çox məsafədə daxili ərazilərə qədər uzanan böyük bələdiyyənin inzibati mərkəzidir. Şəhər Skagerrak sahilinin yaxınlığında, cənubda Larvikfyorden, şimalda Farris gölü və şərq tərəfində yerləşən Loqen çayı arasında yerləşir. Şəhərin əsası 1671-ci ildə qoyulmuşdur. 1 yanvar 1838-ci ildə formannskapsdistrikt qanununa əsasən şəhər özünüidarə edən bələdiyyəyə çevrilmişdir. Şəhər 1 yanvar 1988-ci ilədək ayrıca bələdiyyə kimi mövcud olmuş, həmin tarixdə qonşu Stavern şəhəri və üç kənd bələdiyyəsi ilə birləşdirilərək daha böyük Larvik bələdiyyəsi yaradılmışdır. Sahəsi 15 km² olan şəhərin 2022-ci ildə əhalisi 26 821 nəfər, əhali sıxlığı isə 1 km²-ə 1791 nəfər olmuşdur. Bu o deməkdir ki, Larvik bələdiyyəsi əhalisinin yarıdan çoxu şəhərdə yaşayır, qalan əhali isə bələdiyyənin daha çox kənd xarakterli ərazilərində məskunlaşıb. Şəhər əvvəlcə Tollerodden ərazisində salınmışdı və Larvik kilsəsi də burada yerləşir. Şəhər Vestfoldun ən böyük limanlarından biridir. Buradan Danimarkanın Hirtshals şəhərinə Skagerrak üzərindən avtomobil bərəsi reysləri həyata keçirilir. Vestfoldbanen dəmir yolu xətti şəhərdən keçir və Larvik dəmir yolu stansiyasında dayanır. E18 Avropa avtomobil yolu şəhərin şimal hissəsindən keçərək paytaxt Oslonu Cənubi Norveçlə birləşdirir. Tarixi Laurviqin köhnə xəritəsi (təxminən 1884-cü il) Larvikdə Herregården malikanəsi Şəhərin 2012-ci ildə şərqdən havadan görünüşü Larvik ərazisində Daş dövrünə aid müxtəlif qalıqlar, o cümlədən Helgeroa kəndi yaxınlığındakı Torpevannet gölünün ətrafında arxeoloji tapıntılar aşkar edilmişdir. Raet morenası Vestfold dairəsinin bütün ərazisindən keçir və Mölen ərazisində dənizin üzərinə çıxır. Qədim insanlar Raetdən daşlar daşıyaraq, Mölen ərazisində çoxsaylı kurqanlar inşa etmişlər. dəmir dövründə qədim insanlar İstrehoqanda gəmini xatırladan daş abidə ucaltmışdılar. Bu abidə Norveçdə tarixəqədərki dövrdən qalan ən mühüm abidələrdən biridir. Şəhərdən təxminən 4 km cənub-şərqdə arxeoloji abidə olan Skiringssal yerləşir. Arxeoloqlar burada əvvəlcə kurqanlar və qədim vikinqlər zalı aşkar etmiş, daha sonra yaxınlıqda qədim şəhərin — Kaupangın qalıqlarını üzə çıxarmışlar. Hazırda bu ərazi Norveçdə məlum olan ən qədim ticarət şəhəri hesab olunur. Buradan 1200 ildən çox əvvəl beynəlxalq ticarət həyata keçirilirdi. Skiringssal Skandinaviya ölkələrində indiyədək aşkar edilmiş ən qədim şəhərin qalıqlarını özündə saxlayır, həmçinin Skandinaviyanın ən erkən şəhər məskənlərindən biri olmuşdur. Tarixən danimarka yazılışında Laurvig adlandırılan Larvik, qədim sahil kəndi idi. 1671-ci ildə Ulrik Fredrik Gyldenlöve Fritsö malikanəsini satın aldıqdan sonra kəndə köpstad (bazar şəhəri) statusu verildi. Daha sonra o, ilk Laurviq qrafı oldu. Qraf 1674-cü ildə bu gün də ziyarət edilə bilən "Herregården" adlı yeni iqamətgah inşa etdirdi. Şəhərin iqtisadiyyatı taxta-şalban ticarəti, qayıqqayırma və gəmiçilik hesabına inkişaf edirdi. Şəhərin əsas sənaye müəssisələrindən biri, 1868-ci ilədək fəaliyyət göstərən Fritsö dəmir zavodu idi. Bütün Larvik ərazisi 1817-ci ilədək Danimarka qrafının (grevskap) mülkiyyətində olmuşdur. 1814-cü ildə Norveçin qalan hissəsi İsveç hakimiyyəti altına keçdikdən sonra, qraflıq 1817-ci ildə dörd yerli iş adamı tərəfindən satın alındı. Daha sonra, 1821-ci ildə yeni yaradılmış Yarlsberq və Laurviq dairəsinin tərkibinə daxil edildi. Larvik həmçinin hazırda Mille-Mari Tresxovun varislərinə məxsus olan "Fritzöehus" adlı Tresxov malikanəsinin yerləşdiyi şəhərdir. Mətbuatda "Norveçin ən varlı qadını" kimi təqdim edilən Mille-Mari Tresxovun mülkləri ilə əlaqəli olan bu malikanə, 1835-ci ildə Villum Frederik Tresxovun Danimarka tacından qraflığı satın alması ilə yaradılmışdır. Danimarka tacı isə, qraflığı maliyyə baxımından idarə edə bilməyən dörd yerli sahibkarın — "qrevlinqenelər"in yaratdığı konsorsiumdan satın almışdı. Konsorsium qraflığı ilkin olaraq 1817-ci ildə Danimarka tacından almış, sonuncu qraflardan biri borclarına görə qraflığı satmaq məcburiyyətində qaldıqda isə tac onu yenidən öz nəzarətinə götürmüşdü. Larvik qonşu Sandefyord və Tönsberq şəhərləri ilə birlikdə XIX əsrin sonu və XX əsrin əvvəllərində Norveçin üç əsas balina ovu şəhərindən biri idi. Larvik şəhəri XIX əsrdə Larvik Hamamının fəaliyyət göstərdiyi kurort şəhəri idi. Kurortda hökumətin bir sıra üzvləri, həmçinin rusiyalı oliqarxlar istirahət edirdi. Kral ailəsi — VII Haakon və kraliça Maud — 1906-cı ildə burada istirahət etmişdi. Kurort 1909-cu ildə Byörnstyerne Byörnsonu, 1917-ci ildə isə Knut Hamsunu da qəbul etmişdi. Hamsun Torpağın bərəkəti romanını Larvikdə yazmış və bu əsər sonradan ona, 1920-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı qazandırmışdır. Həmçinin bax Norveç şəhərləri Oslo Tromsö Förde Qrimstad Yövik Harstad İstinadlar
https://az.wikipedia.org/wiki/Larvik
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Larvik¶ms=59_3_11.599_N_10_1_37.600_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=59.05322194,10.02711111&q=59.05322194,10.02711111&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=10.02711111,59.05322194&pt=10.02711111,59.05322194&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=59.05322194&mlon=10.02711111&zoom=12
https://snl.no/Larvik
https://web.archive.org/web/20231004232309/https://snl.no/Larvik
Tarix : 29 sentyabr 2026