- Wikisun
Langesund — Norveçin Telemark dairəsində yerləşən Bamble bələdiyyəsinin inzibati mərkəzidir. Şəhər Langesundsfyorden boyunca, Skagerrak sahilinin yaxınlığındakı yarımadada yerləşir. Statelle şəhəri buradan təxminən 4 km şimal-qərbdə yerləşir. Şəhər 1765-ci ildə ladested statusu almış, 1 yanvar 1838-ci ildə isə özünüidarə edən bələdiyyəyə çevrilmişdir. 1964-cü ildə Bamble bələdiyyəsinin tərkibinə daxil edilmişdir. Uzun müddət Langesund və qonşu Statelle şəhəri Porsgrunn/Skien aqlomerasiya ərazisinin bir hissəsi hesab edilmişdir. Buna görə də Norveç Statistika İdarəsi bu şəhərin əhalisi və sahəsi barədə ayrıca məlumat toplamamışdır. Bunun əvəzinə, Bamble bələdiyyəsi daxilində yerləşən aqlomerasiya ərazisinin hissəsi üzrə məlumatlar qeydə alınır. 2025-ci ildə Bamble bələdiyyəsindəki Langesund/Statelle ərazisinin sahəsi 6,35 km², ümumi əhalisi isə 10 563 nəfər olmuşdur. Langesund yarımadasının ən ucunda yerləşən Langesundstangen ərazisindəki köhnə sahil müdafiə qalasının qalıqlarını görmək mümkündür. Qala İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyası tərəfindən inşa edilmiş, daha sonra isə 1993-cü ilədək Norveç Sahil Artilleriyası və Milli Qvardiya tərəfindən istifadə olunmuşdur. Langesund çoxsaylı günəşli günlərinə görə, Norveçin ən məşhur yay şəhərlərindən biridir. Şəhər həmçinin bütün yay boyu, hər həftəsonu açıq havada konsertlərin keçirildiyi Wrightegaarden binası ilə tanınır. Bob Dilan, A-ha, Elton Con və Litl Riçard kimi sənətçilər Wrightegaardendə çıxış ediblər. Langesund Ytre Oslofyord ilə Skagerrak arasında sərhəd təşkil edir. İdarəetmə Norveçdə bələdiyyələr yerli idarəetmənin əsas vahididir. Bu o deməkdir ki, şəhər və qəsəbələr yalnız şəhər ərazilərinin adlandırılması üçün istifadə olunan anlayışlardır və qüvvədə olan Norveç qanunvericiliyinə əsasən onların ayrıca idarəetmə səlahiyyətləri yoxdur. Langesund şəhəri Bamble bələdiyyəsinin ərazisində yerləşdiyinə görə, onun idarə olunması Bamble bələdiyyəsinin bələdiyyə şurası tərəfindən həyata keçirilir. Tarixi Langesund kilsəsinin görünüşü Langesund 1570-ci ildə ayrıca gömrük məntəqəsinə çevrilmiş və 1580-ci illərdə, xüsusilə holland şxunerlərinin çoxsaylı səfərləri sayəsində, ölkənin ən böyük taxta-şalban ixrac limanı hesab olunurdu. Hollandlar həmçinin Kral IV Kristianın 1602-ci ildə Lanqöyada idxal olunan duzu emal etmək üçün inşa etdirdiyi böyük duz zavodunda işləyirdilər. İlk dövrlərdə Langesund Norveçin ən mühüm dənizçilik şəhərlərindən biri olmuşdur. 1765-ci ildə sürətlə böyüyən kəndə ladested statusu verildi. XVII əsrin sonlarında burada genişmiqyaslı gəmiqayırma fəaliyyətinə başlanıldı. Taxta-şalban ticarətinin azalmasından sonra gəmiqayırma və gəmiçilik şəhərin əsas sənaye sahələrinə çevrildi. Peter Vesssel Tordenskiold gəmilərindən birini — Løvendals Gallej gəmisini Langesundda inşa etdirmişdi. XIX əsrdə şəhər ingilis dilində Longsound adı ilə tanınırdı. Adı Şəhərin adı Langesunddur və "uzun boğaz" mənasını verir. Adın ilk hissəsi lang sözüdür və "uzun" deməkdir. Son hissəsi isə sund sözüdür və boğaz mənasında işlənir. İnzibati tarixi 1837-ci il tarixli formannskapsdistrikt qanunu hər bir şəhər və ya qəsəbə (ladested və ya köpstad) ilə yanaşı, hər bir Norveç kilsəsi prestqeldini mülki bələdiyyə kimi müəyyən etməklə, Norveçdə yerli idarəetmə sistemini yaratdı. 1 yanvar 1838-ci ildə Langesund şəhəri ayrıca bələdiyyə kimi yaradıldı. 1 yanvar 1878-ci ildə şəhərin sahilindən bir qədər aralıda yerləşən Lanqöya adası (əhalisi 22 nəfər) qonşu Bamble bələdiyyəsindən ayrılaraq Langesund şəhərinə birləşdirildi. 1949-cu ildə şəhərin ərazisi Bamble bələdiyyəsinin ona bitişik ərazisinin (əhalisi 127 nəfər) birləşdirilməsi hesabına genişləndirildi. 1960-cı illərdə Şey komitəsinin fəaliyyəti ilə əlaqədar Norveçdə çoxsaylı bələdiyyə birləşmələri həyata keçirildi. 1 yanvar 1964-cü ildə Langesund bələdiyyəsi ləğv edildi və aşağıdakı ərazilər birləşdirilərək genişləndirilmiş Bamble bələdiyyəsi yaradıldı: Langesund şəhəri (əhalisi: 2281 nəfər) Statelle şəhəri (əhalisi: 724 nəfər) Bamble bələdiyyəsinin bütün ərazisi (əhalisi: 5237 nəfər) Görməli yerlər Langesundun ən məşhur görməli yerlərindən biri, şəhərin bilavasitə yaxınlığında yerləşən, uzunluğu təxminən 1 km olan Lanqöya adasının ən yüksək nöqtəsində inşa edilmiş Lanqöytangen mayakıdır. Şəhərin şərqində yerləşən adalar qrupu Aröya adlanır. Şəhər mərkəzindən qısa məsafədə, Skagerrak boğazına baxan ərazidə Tangen qalası kimi tanınan və artıq hərbi məqsədlə istifadə olunmayan istehkam yerləşir. Media qalereyası Langesund şəhərinin və Lanqöya adasının havadan görünüşü Şəhərin görünüşü Liman ərazisi Langesundda köhnə gəmiqayırma zavodu Langesundda Wrightgaarden Langesund açıqcaları (təxminən 1960-cı illər) Həmçinin bax Norveç şəhərləri Oslo Tromsö Förde Qrimstad Yövik Harstad İstinadlar
https://az.wikipedia.org/wiki/Lanqesun
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Lanqesun¶ms=59_0_0_N_9_45_0_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=59.00000,9.75000&q=59.00000,9.75000&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=9.75000,59.00000&pt=9.75000,59.00000&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=59.00000&mlon=9.75000&zoom=12
https://stadnamn.kartverket.no/fakta/122583
https://web.archive.org/web/20260829020500/https://stadnamn.kartverket.no/fakta/122583
Tarix : 29 sentyabr 2026