• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
4
6
2
kuril-bobteyli

Kuril Bobteyli

Kuril Bobteyli - Rusiyanın Kuril adaları, Saxalin adası və Kamçatka yarımadasından törəmiş bir pişik növü. Tanınması Kuril Bobteylləri, "The International Cat Association" (TICA) tərəfindən qısa və yarı-uzun tüklü iki əlaqəli növ qrupu kimi tanınır və onlar "İnkişaf etməkdə olan yeni növlər" kimi qəbul edilərək çempionat statusu üçün uyğun deyillər. "Fédération Internationale Féline" (FIFe) də onları tanıyır. "World Cat Federation2 (WCF) isə onları tək bir növ kimi qəbul edir. 2011-ci ilə qədər "Cat Fanciers' Association" (CFA) bu növü ümumiyyətlə tanımırdı. Yapon Bobteyli ilə yaxın qohum ola biləcəyi düşünülsə də – hər ikisi eyni növ qıvrımlı, qısa quyruğa malikdir, lakin Yapon Bobteyli daha incə, künclü və daha az kobbi bədən quruluşuna malikdir. Kuril Bobteyli Yaponiyanın əks tərəfində, Qərbi Rusiya və Finlandiyanın Karel Bobteyli ilə eyni adı daşısa da, yaxın qohum olması ehtimalı azdır. Genetik tədqiqatlar nəticəsində bu növün digərləri ilə əlaqəsi aydınlaşa bilər. Eynilə Yapon Bobteyli və quyruqsuz-qısa quyruqlu Manks pişiyi dünyanın fərqli adalarında müstəqil şəkildə yaranıbsa, Kuril Bobteylinin qısa quyruğu da Kuril və Saxalin adalarında təbii mutasiya nəticəsində yaranmış və məhdud genetik müxtəliflik səbəbindən yayılmış ola bilər. Mənşəyi Bu yeni növ öz doğma ərazilərindən kənarda çox tanınmır. Yaponiyanın Hokkaydo adasından Rusiyanın ən şərq nöqtəsinə qədər uzanan Kuril adaları zəncirində uzun tarixə malik olsa da, bu növ əsasən Rusiyaya məxsus hesab edilir və Yapon Bobteylindən ayrı və fərqli bir Rusiya yerli növü kimi inkişaf etdirilir və təqdim olunur. Növün mənşəyi haqqında bir neçə versiya var. Əsas mənşə versiyasına görə, bu növ, dənizçilər tərəfindən Kuril adalarına gətirilən Sibir pişikləri ilə Yapon Bobteyllərinin qarışığı nəticəsində yaranıb. Növ, 1994-cü ildə "WCF" tərəfindən qəbul edilib. Xüsusiyyətləri Təbiətdə bu pişik əla balıqçı və ovçudur, bu da onun suda oynamağı sevməsini izah edə bilər. Kuril Bobteylinin vəhşi görünüşü onun xasiyyətində öz əksini tapmır. Bu növ ağıllı və mülayim təbiəti ilə tanınır. Növ əsasən fərqli "pompon" şəkilli qıvrımlı, qısa quyruğu ilə tanınır. Qısa və ya uzun tüklü ola bilən bu pişiyin quyruğu 2 ilə 10 oma arasında dəyişir. Beli bir qədər qövs şəklindədir və arxa ayaqları ön ayaqlardan daha uzundur. Orta və ya iri, güclü və əzələli bədən quruluşuna və düzbucaqlı, geniş üzə malikdir. Göz rəngləri xəzin rənginə uyğun olur. Sarı, yaşıl və sarı-yaşıl rənglər üstünlük verilir. Yarı-uzun və qısa tüklü Kuril Bobteylləri var. Rəng nöqtəsi və tək rəngli olmayan bütün rənglərə icazə verilir. Növün nadir olmasının səbəblərindən biri də yalnız iki və ya üç balanın olmasıdır. Ən çox yayılmış xəz rəngləri qırmızı, boz və ya zolaqlı naxışlardır. Kuril Bobteylinin ömür müddəti 15 ilə 20 il arasında dəyişir, bu da onların vəhşi təbiətdə inkişaf etməsi ilə əlaqədardır. 6,8 kiloqram qədər çəkiyə malik ola bilər. Bu, orta və ya iri bədən quruluşlu pişiklər üçün tipik bir çəkidir. Bədən uzunluğu təxminən 45 santimetr qədər ola bilər. Bu ölçü quyruq daxil edilmədən, yalnız bədənin özünün uzunluğunu ifadə edir. Bu ölçülər növün güclü, əzələli və yarı-kobbi bədən quruluşunu əks etdirir. Kuril Bobteylləri həm qısa, həm də yarı-uzun tüklü ola bilər və onların bədənləri hərəkətlilik və güc baxımından balanslaşdırılmışdır. Qulluq Kuril Bobteylinin ipək kimi xəzi dolaşmağa qarşı davamlıdır, buna görə də ona qulluq etmək asandır. Həftəlik olaraq "slicker" fırçası ilə darama, tökülən tükləri təmizləyəcək. Ara-sıra çimizdirmək xəzin təmiz və yumşaq hiss etməsini təmin edir. Kuril Bobteylinin dırnaqlarını hər iki həftədən bir kəsmək tövsiyə olunur. Bu, pişiyin rahatlığı və evdəki əşyaların qorunması üçün vacibdir. Həftəlik olaraq pişiyin qulaqlarını yoxlamaq lazımdır. Əgər qızarıqlıq, qoxu, iltihab varsa və ya pişik başını silkələyir, qulaqlarını qaşıyırsa, veterinara müraciət etmək lazımdır.


İstinadlar

Tarix : 22 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.