• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
kramfors

Kramfors

Kramfors (sv) — İsveçin Vesternorrland qraflığında yerləşən şəhər və Kramfors bələdiyyəsinin inzibati mərkəzidir. 2010-cu ildə şəhərin əhalisi 5.990 nəfər idi. Şəhər XIX əsrdə Anqerman çayının qərb sahilində, kəsilmiş ağacların çay vasitəsilə aşağı axınla daşınaraq yerli mişar və sellüloz zavodlarında emal edilməsi nəticəsində inkişaf etmişdir. Kristofer Kramm çayda ilk buxar mühərrikli mişarı istifadəyə vermiş və ona öz adını vermişdir. Şəhərin adı da öz növbəsində onun soyadından və isveç dilində “çay astanası” mənasını verən fors sözündən yaranmışdır. 1960–1970-ci illərdə ağac sənayesinin tənəzzülə uğraması ilə Kramforsun əhalisi də azalmağa başlamışdır. Kramforsun ilkin yaşayış məntəqəsi Qudmundro bələdiyyəsinin ərazisində yerləşirdi. 1889-cu ildə ona municipalsamhälle və ya boro statusu verildi, lakin yaşayış məntəqəsi əvvəlki bələdiyyənin tərkibində qalırdı. 1947-ci ildə Kramforsa şəhər statusu verildi və bu, İsveçdə şəhər statusu alan son yaşayış məntəqələrindən biri oldu. 1974-cü ildə həyata keçirilən bələdiyyə islahatından sonra Kramfors Kramfors bələdiyyəsinin inzibati mərkəzi kimi fəaliyyət göstərir. Kramfors bələdiyyəsinin təxminən 20.000 əhalisi var və İsveçin şərq sahilinin, ölkənin şimal hissəsində yerləşən ərazisinin təxminən mərkəzində yerləşir. Kramforsdan 100 km radiusda təxminən 250.000, 200 km radiusda isə təxminən 500.000 nəfər yaşayır. Norrlandın iri şəhərləri olan Sundsvall və Umeo da Kramforsdan gündəlik gediş-gəliş məsafəsində yerləşir. Kramfors, ehtimal ki, Höqa Kusten kimi tanınan gözəl və müxtəlif landşaftı ilə ən çox tanınır. Ümumdünya irsi statusuna malik olan bu ərazi sakinlərə açıq havada müxtəlif fəaliyyətlərlə məşğul olmaq imkanı yaradır. İsveçin tennis akademiyalarından biri Kramforsda yerləşir. Kramforsda həmçinin beynəlxalq münaqişələrin və böhranların idarə olunmasının təkmilləşdirilməsinə, xüsusilə də sülh əməliyyatlarına yönəlmiş dövlət qurumu olan Folke Bernadotte Akademiyası fəaliyyət göstərir. Akademiya sülhməramlı fəaliyyətlərdə kəşfiyyat və informasiya əməliyyatları üzrə bütün ölkələrin və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün açıq kurslar təşkil edir. İstinadlar Vikisəyahətdə Kramfors haqqında səyahət məlumatları var.


İstinadlar

Tarix : 6 oktyabr 2026