• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
konqo-simpanze

Konqo (şimpanze)

Konqo (1954–1964) rəsm çəkən və boya ilə işləyən şimpanze idi. Zooloq, yazıçı və sürrealist rəssam Desmond Morris onun rəsm qabiliyyətini ilk dəfə, şimpanzeyə iki yaşında qələm və kağız verərkən müşahidə etmişdi. Konqo dörd yaşına çatanda artıq 400 rəsm və şəkil çəkmişdi. Onun üslubu "lirik abstrakt ekspressionizm" kimi təsvir edilmişdir. Bioqrafiyası və əsərləri Konqo 1954-cü ildə vəhşi təbiətdə doğulmuşdu. O, təxminən iki yaşında rəsm çəkməyi öyrənmişdi. Buna zooloq Desmond Morrisin ona qələm verməsi səbəb olmuşdu. Morris həmin hadisəni belə təsvir edirdi: "O, qələmi götürdü və mən qarşısına bir karton parçası qoydum. Həmin vaxt bunu belə qeyd etmişdim: 'Qələmin ucundan qəribə bir şey çıxırdı. Bu, Konqonun ilk xətti idi. Xətt qısa bir məsafə getdi və sonra dayandı. Bu, yenidən baş verəcəkdimi? Bəli, baş verdi, sonra bir daha və bir daha." Morris qısa müddət sonra müşahidə etdi ki, Konqo dairələr çəkir və rəsmlərində elementar kompozisiya duyumuna malikdir. O, həmçinin eskizin iki tərəfində simmetrik tarazlıq yaratmaq bacarığı göstərirdi. Morris kağızın bir tərəfində fiqur çəkdikdə, Konqo digər yarısında izlər qoyaraq kompozisiyanı tarazlaşdırırdı. Eyni şəkildə, məsələn, rəsmin bir tərəfində mavi rəngdən istifadə olunmuşdusa, Konqo tarazlığı qorumaq üçün digər tərəfə də mavi rəng əlavə edirdi. Konqo tezliklə boya ilə işləməyə də başladı. Onun çəkdiyi təsvirlər konkret və tanınan əşyaların şəkilləri deyil, əsasən abstrakt ekspressionizm üslubunda qeyri-müəyyən "şüalanan yelpik naxışları" formasında olurdu. İki yaşından dörd yaşınadək təxminən 400 rəsm və şəkil çəkmişdi. Bu müddət ərzində Konqo Morris ilə keçirdiyi müntəzəm rəsm məşğələlərinə öyrəşmişdi. Əgər onun tamamlanmış hesab etmədiyi bir rəsm əlindən alınsaydı, Konqonun qışqırmağa və "özündən çıxmağa" başladığı bildirilirdi. Əksinə, Konqo rəsmlərindən birini tamamlanmış hesab edirdisə, kimsə onu davam etməyə inandırmağa çalışsa belə, rəsm çəkməkdən imtina edirdi. 1950-ci illərin sonlarında Konqo London zooparkında Desmond Morrisin canlı təqdim etdiyi Britaniya televiziya proqramı Zootimeda nümayiş etdirilmişdi. O, 1964-cü ildə, on yaşında olarkən vərəm xəstəliyindən öldü. Qarşılanması Konqonun çəkdiyi rəsm Konqonun rəsm qabiliyyətinə medianın münasibəti müxtəlif olsa da, ümumilikdə müsbət və maraqla qarşılanmışdı. İspan rəssamı Pablo Pikassonun onun rəsmlərinin pərəstişkarı olduğu və hədiyyə olaraq aldığı əsərlərdən birini emalatxanasının divarından asdığı bildirilirdi. 20 iyun 2005-ci ildə Konqonun rəsmləri Bonhams hərracında Renuar və Uorholun əsərləri ilə birlikdə satışa çıxarıldı. Konqonun əsərləri gözləniləndən daha yüksək qiymətə satıldığı halda, Renuar və Uorholun əsərlərinə alıcı çıxmadı. Amerikalı kolleksiyaçı Hovard Honq Konqonun üç əsərini 25 000 ABŞ dollarından baha qiymətə aldı. Həmçinin bax Şimpanze Meymunlar İstinadlar


İstinadlar

Tarix : 7 sentyabr 2026