• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
kolverayd

Kolverayd

Kolvereid — Norveçin Tröndelaq dairəsində yerləşən Naröysund bələdiyyəsinə daxil olan şəhərdir. Kolvereid şəhəri Folda fiyordunun daxili hissəsindən ayrılan Kolvereidvoqen körfəzinin qərb ucunda yerləşir. Norveçin 770 nömrəli dairəvi yolu şəhərdən keçir və onu qərbdə yerləşən Rörvik şəhəri ilə, şərqdə yerləşən Foldereyd kəndi ilə birləşdirir. Şəhər 1964–2020-ci illərdə mövcud olmuş keçmiş Nöre bələdiyyəsinin inzibati mərkəzi olub. 2020-ci ildə Nöre bələdiyyəsi Naröysund bələdiyyəsinə birləşdirilib. Bundan əvvəl isə Kolvereid 1838–1964-cü illərdə mövcud olmuş keçmiş Kolvereid bələdiyyəsinin inzibati mərkəzi idi. Kolvereid kilsəsi Nöre bələdiyyəsi 2002-ci ildə Kolvereid kəndinə şəhər statusu verib və bununla da Kolvereid Norveçin ən kiçik şəhəri olub. Sahəsi 1,29 km² olan şəhərin 2024-cü ildə əhalisi 1791 nəfər, əhalinin sıxlığı isə 1388 nəfər/km² təşkil edib. Kolvereid Naröysund bələdiyyəsinin mərkəzi hissəsində, Folda fiyordunun sahilində yerləşir. Ərazi son 30 il ərzində xeyli inkişaf edib. Şəhərdə ticarət və xidmət sahələri yaxşı inkişaf edib. Kolvereiddə bələdiyyənin mədəniyyət mərkəzi yerləşir. Mədəniyyət mərkəzinə səhnə və kinoteatr, idman zalı, həmçinin açıq havada idmanla məşğul olmaq üçün qurğular daxildir. Kolvereid kilsəsi 1874-cü ilə aiddir. Kilsənin layihəsini memar Yakob Vilhelm Nordan hazırlayıb. Taxtadan tikilmiş kilsədə 350 oturacaq yeri var. Tanınmış şəxslər Betzi Holter (1893–1979) — aktrisa İstinadlar Xarici keçidlər Kolvereid.no Arxivləşdirilib 2011-05-05 at the Wayback Machine Kaakenmagasinet.com


İstinadlar

Tarix : 29 sentyabr 2026